Təmsilçimiz Moldovada festivalda birinci olub
Moldovanın paytaxtı Kişineuda
18 ölkənin iştirakı
və UNESCO-nun təşkilatçılığı
ilə beynəlxalq mahnı, rəqs və model yarışı
və istedadlı ulduzların festivalı keçirilib.
Azərbaycanın Moldovadakı səfirliyindən
bildiriblər ki, festivalda ölkəmizi Hüseyn İmanov təmsil edib. O,
Moldova Respublikasının məşhur
bəstəkarı İon
Aldea Teodoroviçin “Xalqın suverenliyi” mahnısını ifa edib və birinci
yeri tutub.
Təmsilçimiz Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov tərəfindən qəbul
edilib. Diplomat ifaçının tədbir
təəssüratları ilə
maraqlanıb və ona gələcək işlərində uğurlar
arzulayıb.
Hüseyn
İmanov 6 yaşından səhnədədir,
Rusiyanın və beynəlxalq müsabiqələrin
laureatıdır. Moskvada Qnesinlər
adına Musiqi Kollecində təhsil alan soydaşımız Kremlin
hərbi orkestrinin ifaçısı olub, cavan ifaçı
olmasına baxmayaraq, Rusiyanın estrada ifaçıları ilə eyni səhnəni bölüşüb.
Mədəniyyət.- 2017.- 6 dekabr.-
S.2.