“Məhəbbət və ölüm” tamaşası bölgələrdə nümayiş olunub

 

 

   Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Marat Haqverdiyevin “Məhəbbət və ölüm” tamaşası ilə bölgələrdə çıxış edib. İmişliSabirabad rayonlarında təqdim olunan tamaşa Mədəniyyət və Turizm Nazirliyi ilə yerli icra hakimiyyəti orqanlarının birgə həyata keçirdiyiBiz narkomaniyaya yox deyirikteatr layihəsi çərçivəsində reallaşıb. Səhnə əsəri maraqla qarşılanıb.

   Layihənin rəhbəri İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rolları Vaqif Kərimov, Əmrulla Nurullayev, Sevinc Hüseynova, Tural Xəlilzadə, Ruhiyyə Eyvazova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev və Niyaməddin Səfərəliyev ifa ediblər.

 

Mədəniyyət.- 2017.- 6 dekabr.- S.4.