“Cəngi” musiqi qrupu Fransada və Almaniyada konsert proqramları
ilə çıxış edib
Azərbaycan musiqisinin zənginliyini, muğam, etno-caz kimi müxtəlif janrların sintezini özünəməxsus ifa tərzi ilə xarici ölkələrdə layiqincə təqdim edən “Cəngi” qrupu Fransada və Almaniyada konsert proqramları ilə çıxış edib.
Dekabrın 2-də Fransanın Silly-Thillard şəhərində “Cəngi” qrupunun iştirakı ilə etno-caz musiqisindən ibarət konsert proqramı təqdim edilib. Xeyriyyə məqsədli konsert Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Fransada Azərbaycanın Dostları Assosiasiyası və Xərçəng əleyhinə Liqanın Uaz bürosunun təşkilatçılığı ilə reallaşıb.
Konsertdən əvvəl Silly-Thillard şəhərinin meri Jan Vertadye çıxış edərək təşkilatçılara təşəkkür edib.
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel qurumun fəaliyyəti və həyata keçirilən layihələri haqqında məlumat verib. Ölkəmizin qədim tarixə və mədəniyyətə malik olduğunu söyləyən natiq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında iştirakçıları məlumatlandırıb. O, tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, belə layihələr Azərbaycan musiqisini Fransada təbliğ etməklə yanaşı, azərbaycanlıların qədim və zəngin mədəni irsə malik olduqlarını bir daha sübut edir.
Assosiasiya rəhbəri Azərbaycan musiqisini Avropada təbliğ etmək üçün etno-caz layihəsinin maraqlı seçim olduğunu bildirib. Qeyd edib ki, müxtəlif etnik mənşəyə və dini mənsubiyyətə məxsus insanların sülh və əmin-amanlıq şəraitində yaşadıqları Azərbaycan tolerantlığın, multikulturalizmin beşiyidir.
Assosiasiyanın baş katibi Mirvari Fətəliyeva çıxış edərək Azərbaycan musiqisi və “Cəngi” etno-caz musiqi qrupu haqqında məlumat verib. O, muğam sənətinin qədim köklərə malik olduğunu, Azərbaycan muğam ifaçılığı sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırıb.
Sonra konsert proqramı təqdim olunub. “Cəngi”
qrupunun üzvləri
- kollektivin rəhbəri
Mircavad Cəfərov
(ud), musiqiçilər
Mircavid Cəfərov
(tar), İsgəndər Ələsgərov
(zərb alətləri),
Ruslan Hüseynov (bas-gitara) və Vasif Hüseynlinin (piano) ifasında “Mahur”, “Çahargah”, “Sirli gecə”, “Mən səni araram” və digər musiqi nömrələri tamaşaçıların böyük
marağı və alqışları ilə
qarşılanıb.
Xatırladaq ki, ötən
həftə “Cəngi”
qrupu Azərbaycanın
Fransadakı səfirliyinin
təşkilatçılığı və dəstəyi ilə Parisdə xarici ölkələrin mədəniyyət mərkəzlərinin
forumunun 15-ci “Jazzycolors”
caz festivalında da iştirak edib.
Kollektivin Avropada növbəti
konserti isə dekabrın 4-də Berlin şəhərində
keçirilib. Konsert proqramı
Azərbaycan-Almaniya münasibətlərinin
25 illiyinə həsr edilib. Azərbaycanın Almaniyadakı səfirliyi,
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə
qrup etno-caz əsərlər təqdim
edib. Azərbaycan bəstəkarlarının əsərlərinin caz interpretasiyasında təqdimatı
böyük rəğbət
doğurub.
Qeyd edək ki,
1992-ci ildə məşhur
caz ifaçısı
Rafiq Babayev tərəfindən əsası
qoyulan “Cəngi” qrupu 2002-ci ildən etibarən Əməkdar
artist Mircavad Cəfərovun
rəhbərliyi ilə
fəaliyyət göstərir.
Musiqi qrupu müxtəlif beynəlxalq festivallarda iştirak edərək milli sərvətimiz olan muğamın və cazın sintezini yeni çalarlarla, maraqlı improvizasiyalarla musiqisevərlərə
çatdırır.
Lalə
Mədəniyyət.- 2017.- 6 dekabr.-
S.5.