“Biz bir
ailəyik” adlı konsert
Beynəlxalq əlillər gününə
həsr olunmuş tədbirlər
3 dekabr
- Beynəlxalq Əlillər
Günü münasibətilə
Heydər Əliyev Sarayında “Biz bir ailəyik” adlı konsert keçirilib. Konsertin təşkilində məqsəd
fiziki qüsurlu insanların istedadını
nümayiş etdirməkdir.
Sarayın mətbuat xidmətindən
bildirilib ki, konsertdə Daun sindromlu uşaqların “Günəş uşaqları”
adlı rəqs qrupu, “İstedadlı əlillər” cəmiyyətinin
və 1 nömrəli
Sağlamlıq İmkanları
Məhdud Gənclərin
Peşə Reabilitasiya
Mərkəzinin əlilləri
çıxış ediblər.
Konsertdə fiziki qüsurlu
ifaçıları Azərbaycan
Milli Konservatoriyasının
tələbələrindən ibarət “Könül dünyamız” ansamblı
müşayiət edib.
* * *
Bakı Şəhər Mədəniyyət
və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Xəzər rayonu Şağan
qəsəbəsində yerləşən
1 saylı İnternat evində Beynəlxalq əlillər günü ilə əlaqədar tədbir keçirilib. Musiqili əyləncəli proqramda
müğənnilər və
klounların rəngarəng
çıxışları uşaqlarda xoş ovqat yaradıb.
* * *
Masallı rayonunda da əlamətdar gün qeyd olunub.
Tədbirdə rayon Mədəniyyət mərkəzinin
incəsənət kollektivi rəngarəng
musiqi nömrələri təqdim ediblər.
Mədəniyyət.- 2017.- 6 dekabr.-
S.5.