“Azərbaycanfilm” kinostudiyasında ustad dərsləri təşkil olunub
Almaniyanın kino sənayesi şirkətinin
nümayəndələri təcrübələrini
bölüşüblər
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında bu il yaranmasının 100 illiyini qeyd edən, kino-media sənayesi sahəsində məşhur olan Almaniyanın ARRI (Arnold & Richter Cine Technik) şirkətinin nümayəndələri tərəfindən ustad dərsləri keçirilib.
Kinostudiyadan verilən məlumata görə, tədbirdə təcrübəli rejissor və operatorlarla yanaşı, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti də iştirak edib.
Ustad
dərslərində rəqəmsal kameralar
və obyektivlər barədə müzakirələr
aparılıb, eyni zamanda
iştirakçıların böyük
marağına səbəb olan “ARRI ALEXA Mini” kamerasının nümayişi
və sınağı təşkil olunub.
Mədəniyyət.- 2017.- 6 dekabr.-
S.8.