Sonuncu Nobel mükafatçısının romanı Azərbaycan dilində

 

 

   Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - yapon əsilli Britaniya yazıçısı, 2017-ci il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kazuo İşiquronun “O günlərdən qalanlarkitabı işıq üzü görüb.

   Mərkəzdən bildirilib ki, “Təpələrin solğun mənzərəsi”, “Biz yetim olanda”, “Məni heç vaxt buraxmakimi romanları ilə şöhrət qazanmış yazıçının bu əsəri 1989-cu ildə Londonda işıq üzü görüb elə həmin il Buker mükafatına layiq görülüb. Romanda hadisələr yazıçının digər əsərlərində olduğu kimi, birinci şəxsin dilindən nəql edilir.

   Əsərin tərcüməçisi Saday Budaqlı, redaktoru Mahir N.Qarayevdir.

 

Mədəniyyət.- 2017.- 6 dekabr.- S.10.