“Bakı
Prosesi”: 10 il
ərzində aparılan
mədəni diplomatiya
Qədim tarixi yerləri,
coğrafi mövqeyi və zəngin milli-etnik tərkibi Azərbaycan Respublikasını
müxtəlif mədəniyyətlərin
və dinlərin qovuşduğu, bir-biri ilə dialoqa girdiyi və harmoniyada yaşadığı
məkana çevirir.
Odlar Yurdunda əsrlər boyu səmavi dinlər - İslam, Yəhudilik, Xristianlıq
- arasında tolerantlıq,
inam və etimad mühiti yaranıb.
Azərbaycan dünyada erkən
xristian icmalarının
məskənlərindən olub. Qəbələ rayonunun Nic, Şəkinin
Kiş kəndlərində
eramızın ilk əsrlərinə
aid Alban kilsəsinin məbədləri,
Kəlbəcər rayonu
ərazisində Qafqaz
Albaniyasının ən
böyük dini abidələrindən Xudavəng
monastır kompleksi buna misaldır. Azərbaycan cəmiyyətində və
həyat tərzində
tolerantlıq mühiti,
harmonik dialoq müxtəlif mədəniyyətlərin,
sivilizasiyaların və
konfessiyaların adət-ənənələrini
qorumasına imkan verib.
Azərbaycan cəmiyyətində tarixən
bərqərar olmuş
tolerantlıq elementləri
bu gün bütün dünyada yayılır və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun, multikulturalizmin möhkəmləndirilməsi, ölkələr
və regionlar arasında dinc yaşayış və rifahın yayılmasında
əvəzsiz rol oynayır. Mədəniyyətlərarası
dialoqa dair “Bakı Prosesi”nin
əsası 2-3 dekabr
2008-ci ildə Bakıda
Avropa və İslam ölkələri
mədəniyyət nazirlərinin
bir araya gəldiyi “Mədəniyyətlərarası
dialoq Avropa və onun qonşu
regionlarında davamlı
inkişafın və
sülhün əsasıdır”
adlı beynəlxalq konfransda qoyulub. Həmin konfransda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin təşəbbüsü ilə
mədəniyyətlər və
sivilizasiyalar arasında
dialoqu təşviq edən, Azərbaycanın
mədəni diplomatiyasını
təbliğ edən,
multikulturalizm siyasətini
möhkəmləndirən interaktiv beynəlxalq platforma olaraq “Bakı Prosesi" yaradıldı.
2011-ci ildən
etibarən Prezident İlham Əliyevin himayəsi altında “Bakı Prosesi” çərçivəsində Azərbaycan paytaxtı dörd dəfə Dünya Mədəniyyətlərarası
Dialoq Forumuna ev sahibliyi
edib:
- 7-9 aprel
2011-ci ildə keçirilən
I Dünya Mədəniyyətlərarası
Dialoq Forumunda beş qitənin 102 ölkəsindən 500 nümayəndənin
iştirakı ilə
mədəniyyətlərarası dialoqa aid məsələlər
müzakirə olundu. Forumun əsas mövzusu belə idi: "Ortaq dəyərlərlə birləşmək,
mədəni müxtəliflik
ilə zəngin olmaq".
- 29 may - 1 iyun
2013-cü ildə II Dünya
Mədəniyyətlərarası Dialoq Forumu keçirildi.
"Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə
yaşama" devizi altında gerçəkləşən
Forumda “Qlobal gələcəyin birgə
qurulması”, “Mədəni
müxtəliflik üçün
ictimai dəstəyi necə qurmaq lazımdır”, “Qloballaşmanın
yeni erası: dəyişən dünyada
mədəniyyətlərdə hibridləşmə”, “Turizm
- insanlar və mədəniyyətlər arasında
qarşılıqlı anlaşma
və tolerantlığın
əsas aparıcısı
kimi” və s. mövzularda müzakirələr
aparıldı.
- 18-19 may 2015-ci ildə
keçirilən III Dünya
Mədəniyyətlərarası Dialoq Forumda insan təhlükəsizliyi,
fərqli mədəniyyətlərin
paylaşılmasının əhəmiyyəti mövzuları
əksini tapmışdı.
Forumun əsas mövzusu
"2015-ci ildən sonrakı
dövr üçün
Davamlı İnkişaf
Gündəliyi" idi.
- 5-6 may 2017-ci ildə
gerçəkləşən IV Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun mövzusu "Mədəniyyətlərarası
dialoqun inkişafı:
İnsan təhlükəsizliyi,
sülh və davamlı inkişaf üçün yeni imkanlar" idi. Forumda dini konfessiyalar arasında münasibətlər,
immiqrasiya siyasəti, insan təhlükəsizliyi,
mədəni diplomatiya,
təhsil, davamlı inkişafın rolu və digər məsələlər barədə
danışıldı.
Qeyd olunan nüfuzlu
beynəlxalq tədbirlər
Azərbaycanın mədəniyyət
diplomatiyası sahəsində
əməli nəticələr
yaradaraq ikitərəfli
və çoxtərəfli
platformalarda xarici siyasətinin həyata keçirilməsində ölkənin
rolunu gücləndirib.
Azərbaycan bir sıra ölkələrin və beynəlxalq qurumların multikulturalizm siyasəti və dini dialoqun
möhkəmləndirilməsi istiqamətində fəal
rol oynamaları üçün, eləcə
də dini zorakılığın, terror aktlarının
azaldılması və
regional miqrasiya siyasətini
təkmilləşdirmək sahəsində səylərini
intensivləşdirməsinə kömək edib.
Bu kontekstdə
Avropada keçirilmiş
bir neçə son tədbiri qeyd etmək olar:
24-25 aprel
2017-ci ildə Afinada (Yunanıstan) "Qədim
sivilizasiyalar forumu”nun nazirlər səviyyəsində
birinci görüşünün
təşkili və
"Qədim sivilizasiyalar
forumu"nun (GC10) qurulması.
30-31 oktyabr
2017-ci ildə Afinada keçirilmiş "Dini
və mədəni plüralizm və Orta Şərqdə sülh içərisində
mövcudluq" adlı
2-ci beynəlxalq konfrans;
Bakı beynəlxalq ictimaiyyət tərəfindən göstərilən bütün səyləri başlanğıc mərhələdə dəstəkləyərək onların qlobal səviyyədə iştirakçısı olub. Azərbaycan fəal şəkildə Nobel mükafatı laureatlarını, dövlət başçılarını və mədəniyyət ekspertlərini - dünyanın aktual problemləri və bu günün və gələcəyin maneələri ilə yanaşı - mədəniyyətlərarası və dinlərarası dialoqun təbliğ edilməsi məqsədilə bir araya gətirir.
Azərbaycan mədəni zənginliyi və tolerant münasibəti ilə mədəniyyətlərarası və dinlərarası dialoq üzrə xüsusi dəyərlərə, regionda sülhün qorunması, iqtisadi inkişafın və beynəlxalq hüquqa hörmətin təmin edilməsi üçün vacib olan xüsusiyyətlərə malikdir. "Bakı Prosesi" hökumətlər və insanlar arasında mədəniyyətlərarası dialoqun təbliğ edilməsi, bir çox etnik qruplar arasında əməkdaşlığın gücləndirilməsi və müxtəlif qitələrdə yaşayan xalqların mədəni əməkdaşlığının təşviqini bundan sonra da davam etdirəcək.
2017-ci il noyabrın 15-də Parisdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva 2025-ci ildə keçiriləcək Dünya Sərgisinə (Expo 2025) ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyini irəli sürdü. Həmin mərasimdə Mehriban xanım Əliyeva Azərbaycanın yüzillər boyu qədim tarixə və zəngin mədəniyyətə sahib olduğunu vurğuladı: “İki min il ərzində qədim İpək Yolu Azərbaycandan keçmişdir. Bu, ölkənin tarixini, mədəniyyətini və tolerant dünyagörüşünü formalaşdırmışdır. Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində əsrlər boyu yanaşı yaşamışdır. Etnik və dini müxtəliflik və multikulturalizm təkcə bizim dövlət siyasətimiz deyil, eyni zamanda həyat tərzimizdir. Bu bizim tariximizdir və bugünkü reallıqdır. Biz dünyəvi, çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətik və bundan qürur duyuruq".
Azərbaycanın 2025-ci il Dünya Sərgisinə namizəd ölkə kimi təqdim edilməsi ölkənin beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisidir. Azərbaycan Respublikası mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”ni Avropada və dünyanın digər yerlərində qlobal nüfuza və əhəmiyyətə malik beynəlxalq strateji təşəbbüsə çevirib.
Yazı beynəlxalq siyasət və
diplomatiya problemləri üzrə
ixtisaslaşmış moderndiplomacy.eu analitik portalında dərc olunub
Mədəniyyət.- 2017.- 6
dekabr.- S.10.