“ASAN Vizasistemi turizm sektorunda ciddi dönüş yaradıb

 

 

   “Biz indi turizmin inkişafı ilə çox ciddi məşğuluq bu ilin 10 ayında Azərbaycana gələn turistlərin sayı 20 faiz artmışdır. Keçən il 24 faiz artmışdır. Turistlərin gəlişini əngəlləyən əsas məsələ viza məsələsi idi. Mən əvvəlki dövrlərdə müvafiq dövlət qurumlarına dəfələrlə ciddi tapşırıqlar vermişdim ki, viza məsələsində çox ciddi islahatlar aparılmalıdır. Ancaq o islahatlar yarımçıq qalmışdı. Biz bu məsələniASAN”a tapşırdıq. Bu gün mənə məlumat verilir ki, bu ilin əvvəlindən 250 min xarici vətəndaş “ASAN Viza”dan istifadə edərək ölkəmizə gəlmişdir”.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri dekabrın 7-də Quba rayon mərkəzində Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN həyatkompleksinin açılışı zamanı deyib.

   Dövlət başçısı vurğulayıb ki, Qubada yaradılan “ASAN həyatkompleksi bu xidmətin sayca 12-ci mərkəzdir. Mərkəzlərdən 5-i Bakıda, 7-si bölgələrdə yaradılıb. “ASAN xidmətartıq beş ildir ki, fəaliyyət göstərir Azərbaycan xalqının rəğbətini qazanıb. Bu illər ərzində “ASAN xidmətmərkəzlərinə 18 milyondan çox müraciət daxil olub fəaliyyəti bəyənmə əmsalı 100 faizə yaxındır. “ASAN xidmətAzərbaycan brendidir, bu gün biz onu xaricə ixrac edirik. Bir neçə ölkə “ASAN xidmət”lə maraqlanır.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Quba Bayraq Muzeyinin açılışında iştirak ediblər. Muzey binası sərgi zalından, inzibati yardımçı otaqlardan ibarətdir. Sərgi zalında ümumilikdə 6 bölmə yaradılıb.

   Dövlət başçısı və xanımının iştirakı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışı da keçirilib. Filial binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Burada 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanadakı müxtəlif ölçülü 43 dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində hazırlanmış tarixiorijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək.

 

 

Mədəniyyət.- 2017.- 8 dekabr.- S.2.