Universitetdə TÜRKSOY kafedrası
açılıb
Dekabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) TÜRKSOY kafedrasının açılış mərasimi keçirilib.
Rektor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil müəssisəsində türk dünyasının həmrəyliyi, birliyi, eləcə də türk ədəbiyyatının, tarixinin, mədəniyyətinin elmi tədqiqi və təbliği istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, ADPU Türkiyənin bir çox universitetləri ilə elm və təhsil sahəsində uğurlu əməkdaşlıq edir. Universitetdə TÜRKSOY kafedrasının açılması bu istiqamətdə atılan addımlardan biridir.
TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov kafedranın yaradılmasından və ADPU-nun türk dünyasına dəyərli töhfələr verməsindən məmnun qaldığını bildirib.
Tədbirdə TÜRKSOY-un fəaliyyətini əks etdirən film nümayiş olunub.
Sonra ADPU ilə TÜRKSOY arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq protokolu imzalanıb. Protokolda ADPU ilə TÜRKSOY, eləcə də bu quruma üzv olan ölkələr arasında elmi-mədəni mübadiləni təmin etmək, türk mədəniyyəti ilə bağlı elmi araşdırmalar aparmaq, təhsil sahəsində ortaq layihələr hazırlamaq və qarşılıqlı əməkdaşlıq öz əksini tapıb.
Mərasimdə
ADPU-nun professorları Buludxan
Xəlilova, Elman Quliyevə, Yaqub Babayevə və Mahmud
Allahmanlıya Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə TÜRKSOY tərəfindən
təsis edilmiş medallar
təqdim olunub.
Mədəniyyət.- 2017.- 8
dekabr.- S.4.