Uşaqlar üçün
maraqlı Yeni il
tamaşası
Hər il olduğu kimi, bu dəfə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Yeni il bayramı günlərində azyaşlı tamaşaçılarını və məktəbli dostlarını maraqlı, əyləncəli tamaşa ilə qarşılayacaq. Teatr uşaqların görüşünə Sten Linin "Hörümçək adam" tamaşası ilə gələcək.
Yeni il tamaşası rəngarəng geyimləri, musiqisi və səhnə tərtibatı ilə azyaşlı tamaşaçıların bayram istirahətinə hədiyyə olmaqla yanaşı, sürprizlərlə zəngin olacaq. Bundan başqa, ənənəvi olaraq şənlik iştirakçılarını Şaxta baba və Qar qızdan Yeni il hədiyyəsi, bol əyləncəli oyunlar da gözləyir.
Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Səhnə plastikası Ceyhun Dadaşov, musiqi tərtibatı İradə Muradova, tryukların quruluşu İsa Əsədova məxsusdur. Tamaşada əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq Fərzəliyev, Anar Səfiyev və başqaları çıxış edəcəklər.
Yeni il tamaşasının nümayişi dekabrın 29-dan yanvarın 7-dək gündə bir neçə seansla davam edəcəck.
Lalə
Mədəniyyət.- 2017.- 8
dekabr.- S.6.