Böyük sənətkarın xatirəsi
yad olunub
Dekabrın 6-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın dünya şöhrətli sənətkarı, müğənni, bəstəkar Müslüm Maqomayevin 75 illiyinə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə etdiyi “Müslüm Maqomayev-75” fotosərgisinə baxıblar.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və muzeyin şöbə müdiri Xanım Abdinova görkəmli müğənninin həyat və yaradıcılığından söz açıblar. Qeyd edilib ki, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Çıxışlar M.Maqomayevin ömür yolunu əks etdirən videoçarxın nümayişi ilə müşayiət olunub.
Tədbirdə
Bakı Musiqi Akademiyasının tələbələri,
respublika və beynəlxalq müsabiqələr
laureatları Mahir Tağızadə, Hidayət
Əliyev, BMA-nın konsertmeysterləri Dilarə Kərimova, Liliya İmanova, Azərbaycan
Dövlət Musiqili Teatrının solisti Türkel
Tarıqpeyma, Fidan Babayevanın
ifalarında konsert proqramı təqdim olunub, Maqomayev
haqqında sənədli filmlərdən fraqmentlər göstərilib.
Mədəniyyət.- 2017.- 8
dekabr.- S.8.