Dağ-xizək kompleksləri qış turizm mövsümünə hazırdır

 

 

   Artıq bir neçə ildir ki, ölkəmizdə yaradılan “Şahdağ” və “Tufandağturizm mərkəzləri qış mövsümündə həm yerli, həm də xarici turistlərin sevimli məkanına çevrilib. Havalar soyuyubbu məkanlar da qış turizmi həvəskarlarını qəbul etmək üçün hazırlıqlarını tamamlamaqdadır.

  

   Regionun ən böyük qış turizmi mərkəzi

  

   2013-cü ilin yanvarında ilk turistləri qəbul etməyə başlayanŞahdağTurizm Mərkəzi Azərbaycanda ilk dağ-xizək turizm kompleksidir. Qusar rayonunda, Şahdağ Milli Parkının ərazisində dəniz səviyyəsindən 1300-2350 metr hündürlükdə yerləşən kompleksin ərazisində 4 və 5 ulduzlu hotellər, kanat və xizək yolları, idman qurğuları və digər sosial obyektlər fəaliyyət göstərir.

   Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Mustafayevanın verdiyi məlumata görə, hava şəraiti ilə əlaqədar olaraq qış mövsümünün açılışı dekabrın ortalarına planlaşdırılır: “Builki xizək mövsümünün rəsmi açılış mərasimi dekabrın 16-na planlaşdırılır. Turistlər üçün maraqlı proqram hazırlanıb. Canlı musiqi, DJ, açıq havada qış yarmarkası, uşaqlar üçün maraqlı əyləncələr qonaqların istirahətinə unudulmaz anlar qatacaq”.

   G.Mustafayeva əlavə etdi ki, bu il də mərkəzdə müxtəlif əyləncələr qış turizminiaktiv istirahəti sevənləri cəlb edəcək: “Xizək və snoubord sürmə ilə yanaşı aeroxizək turları, ziplayn, kvadrosikl turları, peyntbol, “ay üstündə gəzinti”, uşaqlar üçün kirşələr, buz meydançası qonaqların ixtiyarında olacaq. Eləcə də bu mövsüm ilk dəfə Şahdağ yamaclarını yüksəklikdən seyr etmək imkanı verən tandem paraplan uçuşları təşkil olunacaq.

   2016-2017-ci il qış mövsümündə mərkəzi 95 min nəfərdən çox turist ziyarət edib. Onların 40%-dən çoxunu əcnəbi turistlər təşkil edib. 2017-ci il yay mövsümü ərzində isə mərkəzə üz tutan turistlərin sayı 40 min nəfərdən (68%-i əcnəbilər olmaqla) çox olub. Onu da qeyd edək ki, 16 dekabrda qış turizm mövsümünün rəsmi açılış mərasimi üçün hotellərdə gecələmə xidmətinə xüsusi endirimlər təklif olunur. “Şahdağ HotelSpada 40%, “Zirvə” hotelində qiymətlərə 30% endirim edilib”.

 

   Tufandağda qış turizm mövsümünə hazırlıq

  

   Qışda yerlixarici turistlərin üz tutduğu məkanlardan biri də Qəbələ rayonunda, dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşən “Tufandağ” dağ-xizək kompleksidir. Burada qış turizm mövsümüYeni illə bağlı tədbirlərə hazırlıq gedir. Mərkəzdən verilən məlumatda bildirilir ki, mövsümün açılışı dekabrın 15-nə planlaşdırılır.

   Kompleksdə ümumi uzunluğu 6 kilometr olan 4 kanat xətti turistlərin xidmətindədir. Turistlərin kanat yolu ilə dağların zirvəsinə qalxaraq Qəbələ şəhərini, Duruca kəndini və ətrafdakı meşələri, gözəl mənzərəni seyr etməkləri, rahat istirahətləri üçün hər cür şərait yaradılıb. Mərkəzdən onu da bildiriblər ki, bu ililk dəfə xizək sürənlərə fərdi və qrup şəklində təlimlər keçiriləcək. Əvvəlki illərdə mərkəzdə 4, 5 xizək yolu fəaliyyət göstərirdisə, bu qış mövsümündən etibarən xizək yollarının sayı 7-yə çatdırılıb. Bütün əyləncələrdən istifadə zamanı turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin ediləcək və daim bələdçilərin nəzarəti altında olacaqlar.

   Qeyd edək ki, hər iki turizm mərkəzinin saytları - www.shahdag.az, www.tufandag.az fəaliyyət göstərir. Burada hotel rezervasiyası ilə yanaşı, qış-yay turizm avadanlıqlarının icarəsi, sifarişiturpaket xidmətləri haqqında ətraflı məlumat almaq olar.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 8 dekabr.- S.9.