İçərişəhərdə gənc
rəssamların əsərləri sərgilənəcək
Yanvarın 25-də “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə “Art Tover” qalereyasında rəsm sərgisi açılacaq. “Start” layihəsi çərçivəsində gerçəkləşəcək sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə təşkil olunacaq.
Gənc və həvəskar
rəssamların inkişafı üçün
nəzərdə tutulan qrup
sərgisinin kuratoru Natalya
Yarkovayadır. Sərgidə fırça ustalarının fərqli
üslubda və texnikada
işlənən rəngkarlıq, qobelen
və heykəltəraşlıq nümunələri nümayiş olunacaq.
Mədəniyyət.- 2017.- 13
dekabr.- S.3.