Dilimiz mənəvi varlığımız, zənginliyimizdir

 

   Mingəçevir Turizm Kollecində “Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və saflığının qorunması” adlı konfrans keçirilib.

   Kollecin direktoru Əyyub Əyyubov giriş sözündə tarixi minilliklərə söykənən Azərbaycan dili haqqında söhbət açıb. O, vaxtilə məşhur avropalı və şərqli yazarların, tarixçilərin bu regiona səyahət edərkən Azərbaycan dilinin diplomatiya dili, xalqlar arasında vacib ünsiyyət vasitəsi olduğunu xüsusi qeyd etdiklərini diqqətə çatdırıb. Direktor çıxışında Azərbaycan dilinin qorunması, inkişafı ilə bağlı ölkə başçısının imzaladığı sərəncamların, bu sahədə Dövlət Proqramının əhəmiyyətindən də bəhs edib.

   Konfransda pedaqoqlar Kifayət Əliyeva, Elnarə İsmayılova və Aybəniz Əliyeva “Gəlin, Azərbaycan dilinin saflığını qoruyaq”, “Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır” və “Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dilidir” mövzularında məruzələrlə çıxış ediblər.

   Tədbir tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilib. Təqdim olunan poeziyamusiqi parçalarında Azərbaycan dilinin zənginlikləri, gözəlliyi tərənnüm olunub.

 

Mədəniyyət.- 2017.- 13 dekabr.- S.10.