Türkmən ədəbiyyatının maarifçi şairi

 

   XVIII əsr türkmən ədəbiyyatının tanınmış nümayəndələrindən biri də Dövlətməhəmməd Azadidir. O, bədii yaradıcılıqla yanaşı, maarifçi kimi də fəaliyyət göstərib.

   Dövlətməhəmməd Məhdumqulu oğlu Azadi 1700-cü ildə Türkmənistanın Ətrək vilayətində çərkəz əsilli ziyalı ailədə dünyaya göz açıb. İlk təhsilini atasından alır, sonra müəllim yanında ərəb, fars və cığatay dillərini mükəmməl öyrənir. Xivə şəhərində mədrəsədə dövrün seçilən alimlərindən müxtəlif elmləri mənimsəyir. Xoca Əhməd Yəsəvi, Məhəmməd Füzuli, Əlişir Nəvai, İmadəddin Nəsimi, Yunus Əmrə, Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi kimi görkəmli ədib və mütəfəkkirlərin əsərlərini mütaliə edir. Özü də “Azadi” təxəllüsü ilə fəlsəfi-didaktik şeirlər yazır. Təhsilini başa vurduqdan sonra ata-baba yurduna qayıdır. Uşaqlara və yeniyetmələrə ilahiyyat, bəlağət və təfsirdən dərs deyir. Bir müddət sonra öz məktəbini yaradır. Xalq ona böyük ehtiramla yanaşır və “türkmənlərin Sədisi” adını verir.

   Bu dövrdə feodal ara müharibələri ölkədə ciddi sosial çətinliklər yaradır. Bu problemlər doğma obasında maarifçiliklə məşğul olan D.Azadinin ailəsindən də yan keçmir. Oğlu Abdulla qürbətə gedir. Digər oğlu, sonralar şair kimi məşhurlaşan Məhdumqulu Fəraqi “Qardaş Abdulla” şeirində atasının kədərini dilə gətirir:

  

   Sən gedəndən doqquz ildir ötəni,

   Harda vətən tutdun, qardaş Abdulla?

   Heç gəlməzmi bir insanın gedəni,

   Harda vətən tutdun, qardaş Abdulla?

  

   Üstümüzə hicran odu səpildi,

   Evimizə kədər-qüssə təpildi,

   Qan ağlar, atamın beli büküldü,

   Harda vətən tutdun, qardaş Abdulla?

  

   Zəngin yaradıcılığa malik olan D.Azadinin çox oxunan təbliğ olunan əsərlərindən biriVəzi-Azad” adlı didaktik-fəlsəfi poemasıdır. Araşdırmalarda qeyd edilir ki, orta əsr ədəbi ənənələrinə uyğun tərzdə, “Qabusnamə”, “SiyasətnaməƏxlaqi-Nasiri”nin təsiri ilə yazılan əsər 6 min beytə yaxındır. Poemada şair ədalətli cəmiyyət, yetkin vətəndaş milli dövlətçilik ideyalarını irəli sürüb. Dörd fəsildən ibarət olan əsərdə müəllif fikirlərini əsaslandırmaq üçün Şərqin bəzi tarixi əfsanəvi şəxsiyyətlərinin həyatından, ideyalarından örnəklər gətirib.

   Mütəfəkkir şair elmdən söz açarkən mənəviyyat məsələlərinə diqqət ayırıb, sözü ilə əməli düz gəlməyən alimialimi-biəməladlandırıb.

   Əsərdə XVIII əsr türkmən cəmiyyətinin mənzərəsini görmək mümkündür. Vəzi-Azad” bu gün aktuallığını itirməyib, yeni nəslin tərbiyəsində mühüm rol oynayır.

   D.Azadinin qəzəl, qəsidə məsnəvi janrında qələmə aldığı əsərlərin xeyli hissəsi günümüzə gəlib çatmayıb. Əldə olunan əsərləri Türkmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutunda qorunur.

   1754-cü ildə maarifçi şairin oğlu, qızı gəlini eyni gündə vəfat edir. Həmçinin Məhdumqulu Fəraqinin iki övladının kiçik yaşda ölməsi şairi bərk sarsıdır. Bu ailə faciəsinə dözə bilmir. Həyatdan küsərək bədbinliyə qapılır 1760-cı ildə vəfat edir.

   M.Fəraqi bir sıra şeirlərində atasının ölümündən duyduğu dərin kədəri dilə gətirib, “Azadım hanı?” qoşmasında onuşəhərimin sultanı”, “minbərin əzanı”, “bağımın reyhanıadlandırıb. Atamınrədifli şeirində isə Azadinin insani keyfiyyətlərindən söz açıb.

   D.Azadinin yaradıcılığı yalnız oğlu M.Fəraqiyə, nəvəsi Qurbandurdu Zəliliyə deyil, bir çox türkmən şair yazıçılarına güclü təsir göstərib.

   Türkmənistan müstəqillik əldə edəndən sonra Dövlətməhəmməd Azadinin həyat yaradıcılığının öyrənilməsi, təbliği istiqamətində bir sıra işlər görülüb, adı əbədiləşdirilib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 13 dekabr.- S.15.