Musiqili Teatrın direktoru Fəcr festivalının münsiflər heyətində

 

   Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev İranda keçiriləcək 36-cı Beynəlxalq Fəcr Teatr Festivalına münsif kimi dəvət olunub. Bu məqsədlə Ə.Lalayev gələn il 21 yanvar - 1 fevral tarixində İranın Dramatik İncəsənət Mərkəzinin rəsmi dəvəti ilə qonşu ölkəyə səfər edəcək. Artıq bir neçə dəfədir ki, müxtəlif festivallarda münsif kimi iştirak edən Ə.Lalayev qeyd edib ki, nüfuzlu Fəcr festivalına dəvət təşkilatçılar tərəfindən Azərbaycan teatrına göstərilən etimaddır, ümumilikdə teatr sənətimizə rəğbətin təzahürüdür.

   Direktor diqqətə çatdırıb ki, bu il keçirilən 35-ci Fəcr festivalında Azərbaycan Dövlət Musiqili Teatrı da iştirak edib. Kollektivin Təbrizdə təqdim etdiyi Üzeyir Hacıbəylinin “Ər və arvadmusiqili komediyası böyük rəğbətlə qarşılanıb.

 

 

Mədəniyyət.- 2017.- 15 dekabr.- S.3.