Hindistan səfiri Milli Kitabxana ilə tanış olub

 

 

   Dekabrın 13-də Milli Kitabxanada Hindistanın Azərbaycandakı səfiri Sancay Rana ilə görüş keçirilib.

   Milli Kitabxananın direktoru, professor Kərim Tahirov iki ölkə arasında münasibətlərdən söz açaraq Hindistan Milli Kitabxanası ilə əlaqələrin olmadığını təəssüflə bildirib, irəlidə bu əlaqələrin yaradılacağına ümid etdiyini deyib.

   Görüşdən məmnunluğunu bildirən səfir Azərbaycan Hindistan arasında əlaqələrdən danışıb. O, ölkəsinin tarixi, coğrafiyası, mədəniyyəti ilə bağlı kitabları Milli Kitabxanaya təqdim edəcəyini burada Hindistana dair ədəbiyyatın daha da zənginləşdirilməsinə çalışacağını bildirib. Diplomat həmçinin Hindistanda fəaliyyət göstərən Müəllimlərin Tədris Araşdırma Milli Texniki İnstitutu barəsində məlumat verib, Milli Kitabxananın işçilərini həmin kurslarda iştirak etməyə dəvət edib.

   Görüşün sonunda səfir Sancay Rana məşhur hind yazıçı Rabindranat Taqorun 150 illik yubileyi ilə əlaqədar nəşr olunmuş kitabı Milli Kitabxanaya hədiyyə edib. Direktor Kərim Tahirov qonağaMilli Kitabxana. Fotoalbom” (Azərbaycan, rus ingilis dillərində), “Azərbaycan musiqi alətləri” (Azərbaycan ingilis dillərində) kitablarını Azərbaycan xəritəsini təqdim edib.

   Sonra səfir Milli Kitabxananı gəzərək şöbələrlə kitabxananın nəzdində fəaliyyət göstərənAçıq kitabxanailə yaxından tanış olub, bu təcrübənin çox maraqlı bir layihə olduğunu xüsusi vurğulayıb.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 15 dekabr.- S.4.