Tələbələr Romada mətbəximizin təamlarını təqdim ediblər

 

   Romanın “Tor Vergata” Universitetində Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının təşkilatçılığı və bir qrup azərbaycanlı tələbənin təşəbbüsü ilə Azərbaycan milli mətbəxinin təamları, həmçinin ölkəmizlə bağlı kitablar və broşürlər təqdim edilib.

   International Dinner” adlı tədbirdə Azərbaycan masasını təşkil etməkdə məqsəd ölkəmizin milli mətbəxinin nümunələri və Azərbaycan həqiqətləri haqqında əcnəbi tələbələrə məlumat vermək olub.

 

Mədəniyyət.- 2017.- 15 dekabr.- S.4