Aktyorlarımız Türkiyədə mükafata layiq
görülüblər
Türkiyənin Hatay vilayətində 6-12 dekabr tarixində keçirilən 5-ci Antakya Beynəlxalq Film Festivalına mükafatlandırma mərasimi ilə yekun vurulub. Tədbirdə azərbaycanlı aktyorlar Hikmət Rəhimov və İlahə Həsənova da mükafata layiq görülüb.
Hikmət Rəhimov “Üçüncü günün adamı” filmində roluna görə (“Ən yaxşı aktyor” nominasiyası), İlahə Həsənova isə “Nar bağı” filmində oyununa görə (“Ən yaxşı aktrisa”) təltif olunublar.
Antakya festivalında tammetrajlı, qısametrajlı və sənədli filmlər kateqoriyasında ümumilikdə 95 film nümayiş olunub. “Üçüncü günün adamı” və “Nar bağı” festivalın tammetrajlı film müsabiqəsinə daxil edilmişdi.
Mədəniyyət.- 2017.- 15
dekabr.- S.6.