“Mənim tanrım gözəllikdir...”

 

   Şirvan şəhər Mərkəzi kitabxanasında görkəmli şairdramaturq Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə “Mənim tanrım gözəllikdir, sevgidir” adlı ədəbi-bədii gecə keçirilib.

   MKS-nin direktoru İltifat Nəbiyev, Xidmət şöbəsinin müdiri İlhamə İmanova, baş kitabxanaçı Nəsibə Təhməzova, 9 saylı tam orta məktəbin müəllimi Məlahət Məmmədova ədibin həyat və yaradıcılığı haqqında danışıblar. Məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

   * * *

   Ağdaş rayon Mərkəzi kitabxanasında Hüseyn Cavidin 135 illiyi ilə əlaqədar oxucu konfransı keçirilib. Tədbiri MKS-nin direktoru Seyfəddin Feyzullayev açıb, baş biblioqraf Könül Musayeva, Oxuculara xidmət şöbəsinin müdiri Müşərrəf Alıyeva və başqaları Cavid irsindən danışıb, şairin yaradıcılığının məziyyətlərindən bəhs ediblər.

 

Mədəniyyət.- 2017.- 15 dekabr.- S.6.