Dünyanın ən qədim xalısından bəhs edən kitab

 

 

   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Pazırık xalısı - rəmzlər dünyası” kitabının nəşri başa çatdırılıb. Xalçaçı rəssam Məmmədhüseyn Hüseynovun müəllifi olduğu kitabda Rusiya Federasiyası Dağlıq Altay bölgəsinin Pazırık vadisindəki kurqanlardan birində aşkarlanan və dünyanın ən qədim xalça nümunəsi hesab edilən Pazırık xalısı ilə bağlı aparılmış tədqiqatdan bəhs olunur.

   Müəllif dörd hissədən ibarət olan bu kitabda Pazırık xalısının tarixiliyi, kompozisiya quruluşu, bədii cəhətləri və rəmzləşmiş mahiyyəti ilə bağlı məsələləri araşdırıb. Tədqiqatın türk, rusingilis dillərində xülasəsi də verilib.

   “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən “Pazırık xalısı - rəmzlər dünyası” kitabı Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kitabxanalara paylanılacaq.

 

Mədəniyyət.- 2017.- 15 dekabr.- S.7.