Yenə iki od arasındaromanının təqdimatı

 

 

   Dekabrın 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvanklubunda yazıçı-dramaturq Elçin HüseynbəylininYenə iki od arasındaromanının təqdimat imza günü keçirilib.

   AYB-nin Qələmnəşriyyatının təşkilatçılığı ilə baş tutan tədbirdə şair-tərcüməçi Səlim Babullaoğlu, professor Vaqif Yusifli başqaları çıxış edərək kitabın məziyyətlərindən danışıblar. Bildirilib ki, Qarabağ tarixinin maraqlı məqamları ilə zəngin olan əsər XVIII əsrin sonlarından bu günümüzə kimi olan dövrü əhatə edir. Müəllif zaman-zaman yurd yerlərimizi niyə itirdik sualına cavab tapmağa çalışır.

   Qeyd edilib ki, Elçin Hüseynbəylinin bir neçə pyesi teatrlarda tamaşaya qoyulub bir çox əsərləri müxtəlif xalqların dillərinə tərcümə olunaraq ayrı-ayrı ölkələrdə nəşr edilib.

   Diqqətə çatdırılıb ki, bu il 130 illiyi qeyd edilən böyük yazıçı, “İki od arasındatarixi romanının müəllifi Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) xatirəsinə həsr edilmiş kitabaön söz”ü Xalq yazıçısı Anar, “son söz”ü akademik Nizami Cəfərov yazıb.

   Tədbirin sonunda Elçin Hüseynbəyli kitabı imzalayaq oxuculara təqdim edib.

 

Mədəniyyət.- 2017.- 15 dekabr.- S.15.