“Nağıllara
səyahət” müsabiqəsi
elan edilib
Mədəniyyət və Turizm
Nazirliyinin fəaliyyətinin
prioritetlərindən biri
olan uşaq və yeniyetmələrin mütaliəsinə dəstək
vermək məqsədilə
müxtəlif tədbirlər,
layihələr həyata
keçirilir. Nazirliyin təşəbbüsü
və təşkilati
dəstəyi ilə uşaqların kitabxanalara
və kitaba marağının artırılması
məqsədilə “Nağıllara
səyahət” müsabiqəsi
elan edilib. Müsabiqəyə informasiya dəstəyini
“Vışka” qəzeti
həyata keçirir.
Müsabiqənin ilk 20 sualı qəzetin
noyabrın 24-30 tarixli
nömrəsində dərc
edilib. Viktorina iki mərhələdən
ibarət olacaq. Birinci mərhələdə uşaqlara
dünya xalqlarının
nağıllarından 20 sual,
ikinci mərhələdə
isə Azərbaycan uşaq ədəbiyyatından
20 sual təklif ediləcək.
Qaliblərə Prezident İlham
Əliyevin müvafiq sərəncamına əsasən
yaradılan “Azərbaycan
ədəbiyyatının virtual kitabxanası”ndan istifadə
və həmin kitabxanaya istədikləri
kitabların daxil edilməsi üçün
sifariş vermək imkanı yaradılacaq.
Bundan başqa, müsabiqənin ilk üç
qalibi gələn il 80 illik
yubileyini qeyd edəcək qəzetə
ödənişsiz abunə
olacaq.
Müsabiqənin
sualları ilə bu linkdə tanış olmaq olar:
Mədəniyyət.- 2017.- 15
dekabr.- S.15.