“Şeirlərimi təmizqəlbli millətim üçün söyləyirəm...”

 

 

   Ötən yüzilliyin əvvəllərində başqırd xalqı da öz azadlığı uğrunda mübarizəyə qalxmışdı. İstedadlı şair, jurnalist Babiç Şeyxzadə isə bu mübarizənin öncüllərindən biri kimi xalqının azad gələcəyi üçün əlindən gələni əsirgəməmişdi.

   Babiç Mühəmmədzəkir oğlu Şeyxzadə 2 yanvar 1895-ci ildə Ufa quberniyası (Rusiya Federasiyasının Başqırdıstan Respublikası) Birsk qəzasının Əsyən kəndində anadan olub. Atası kənd məscidinin imamı və məscid yanındakı ibtidai məktəbin müəllimi idi. Babiçilk təhsilini bu məktəbdə alır. Sonra atası onu Qazaxıstan çöllərində köçəri həyat sürən bəzi soydaşlarının uşaqlarına əlifba öyrətməyə, savad verməyə göndərir.

   Çar Rusiyasında 1905-ci il inqilabından sonra bir sıra islahatlar həyata keçirilir. Ölkənin ucqarlarında maarif mədəniyyətin inkişafına müəyyən şərait yaradılır. Türküstanda, Başqırdıstanda, Tatarıstanda yeni məktəblər açılır. Filosof Ziya Kamalettinovun rəhbərliyi ilə 1906-cı ilin payızında Ufada Qaliyə mədrəsəsinin açılışı olur. Buraya mədrəsə təhsili alan din alimləri ilə yanaşı, Moskva, Kazan, Beyrut universitetlərinin məzunları da dəvət edilir.

   Babiç 1911-ci ildə Qaliyə mədrəsəsinə daxil olur. O, burada bəlağətə türk dillərinin öyrənilməsinə daha çox diqqət yetirir. Ədəbiyyat musiqi dərnəklərinin ən fəal üzvlərindən olur. Tələbə yoldaşları ilə birlikdəParlakadlı əlyazma jurnal hazırlayır. Altıillik təhsili başa vurduqdan sonra Troitskdə müəllim işləməyə gedir. Pedaqoji fəaliyyətlə yanaşı, “Akmullajurnalı ilə əməkdaşlıq edir. O, xalq arasında milli şüurun oyanması üçün cəhd göstərir bunun üçün poeziyanın imkanlarından istifadə etməyə çalışır. Lirik satirik şeirlər qələmə alan şair bəzən xalqının qəhrəmanlıq tarixini öyən dastanlar yaradır. Güclü musiqi duyumu olması, qədim türk şeirindəki alliterasiyadan (avaz yaratmaq məqsədilə eyni səsin təkrarı) bacarıqla istifadə etməsi bəstəkarların diqqətini cəlb edir. Qısa zamanda onun sözləri əsasında yazılan bəstələr başqırdlar, tatarlar, qazaxlar, qırğızlar, çuvaşlar s. türk xalqları arasında da sevilir, sürətlə yayılır. OnunXalqım üçünşeiri isə milli himnə çevrilir:

  

   Ağappaq altun şeirlərimi,

   Söyləmirəm ad üçün.

   Söyləyirəm altun vətənim üçün,

   Öz qardaş millətim üçün.

   

   Saf gümüş kimi şeirlərimi,

   Söyləmirəm altun üçün.

   Söyləyirəm saf gümüş kimi,

   Təmizqəlbli millətim üçün.

    

   Birinci Dünya müharibəsi başa çatdıqdan sonra (1918) B.Şeyxzadə Ufaya gəlir. Burada maarif xadimlərindən Əhməd Zəki Vəlidi Toğan və Abdulqədir İnanla görüşür. Birlikdə Başqırdıstanın muxtariyyəti uğrunda mübarizəyə başlayırlar. Başqırdıstan ağqvardiyaçı Kolçak orduları ilə bolşeviklərin döyüş meydanına çevrilir. Başqırd millətçilərinin böyük əksəriyyəti bolşeviklərin xalqlara azadlıq vədinə inanaraq onlarla bir cəbhədə birləşirlər.

   Vəziyyətdən baş çıxarmayan B.Şeyxzadə Orenburqa gedir və oradakı satirikKarmak” jurnalında işə başlayır. Lakin az sonra geri dönür. O, başqırdlardan ibarət ordu yaradılmasında yaxından iştirak edir. Başqırd Mərkəzi Şurasına katib təyin olunur. Sonra “Başqırdıstan” qəzetinin redaktoru işləyir. Eyni zamanda başqırd gənclərinin “Tulkun” adlı təşkilatına rəhbərlik edir.

   Araşdırıcı Əli Şamil yazır ki, ağır və gərgin günlərdə olduqca məhsuldar işləyən B.Şeyxzadə 1918-ci ildə Orenburqda ilk şeirlər kitabını çap etdirir. Bu, şairin sağlığında çap olunan ilk son kitabı olur. Müəllif xalqının azadlığa çıxacağına, xoşbəxt günlərə qovuşacağına inanırdı.

   Şair 1918-19-cu illərdə başqırd ordusunda hərbi müxbir kimi çalışır. Bütün varlığı ilə Başqırdıstanın muxtariyyəti uğrunda mübarizəyə atılır. Lakin bu mübarizə uğurla nəticələnmir. Bolşeviklər ağqvardiyaçılar üzərində qələbə çaldıqdan sonra müttəfiqləri olan başqırd millətçilərinə qarşı da münasibətləri dəyişir. İlk günlər mülayim davranaraq Başqırdıstanda sovetlərin qurulduğunu elan edirlər. Hətta keçmiş kadrların bir çoxunu da yeni hökumətdə işə götürürlər.

   25 fevral 1919-cu ildə bolşeviklər B.Şeyxzadəni Başqırdıstan İnqilab Komitəsi nəzdindəki sovet mətbuatı şöbəsində işə dəvət edirlər. Az sonra hər şey dəyişir. Bolşeviklər öz müttəfiqlərinə xəyanət edirlər. Ağqvardiyaçılara qarşı birgə mübarizə apardıqları başqırd ordusunu dağıdır, vətənpərvər zabit və əsgərlərini cəzalandırırlar.

   B.Şeyxzadə 24 mart 1919-cu ildə həbs olunur. Bir qrup əsgər zabitlə birlikdə Tinestən Qızıl Məscid şəhərinə aparılır qətlə yetirilir. Əsərlərinin çap olunmasına qadağa qoyulur. Buna rəğmən xalq məhəbbəti qazanan şairin əsərləri soydaşları arasında geniş yayılır, şeirlərinə musiqilər bəstələnir.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 15 dekabr.- S.15.