Doğma diyar”ın yekun sərgisi açılacaq

 

   Bakı Xətai Sənət Mərkəzində elan edilən “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq. Dekabrın 26-da təşkil ediləcək sərgi Mədəniyyət və Turizm Nazirliyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

   Mərkəzin direktoru Zahid Əvəzovun sözlərinə görə, müsabiqəyə 800 rəssam 1700-dək əl işi ilə qatılıb. Təqdim edilən rəsm əsərlərinin içərisindən 150 uşağın 160 sənət əsəri seçilib.

 

Mədəniyyət.- 2017.- 20 dekabr.- S.3.