Regional idarələrin
saytları istifadəyə
verilib
Dekabrın 15-də Sabirabad şəhərində
nazir Əbülfəs
Qarayevin iştirakı
ilə regional mədəniyyət
və turizm idarələrinin internet saytlarının
təqdimatı keçirilib.
Tədbirdə çıxış
edən Əbülfəs
Qarayev Prezident İlham Əliyevin 29 mart
2016-cı il tarixli sərəncamına
əsasən nazirliyin
15 regional idarəsinin yaradılmasının
bu sahədə idarəçiliyin təkmilləşdirilməsinə
xidmət etdiyini deyib. Bildirib ki, müasir
dövrdə informasiya
texnologiyalarının imkanlarından
daha səmərəli
istifadə edərək
ölkəmizin mədəniyyət
və turizmini daha geniş şəkildə təbliğ
etməliyik. Bu xüsusda internet portallarının
önəmi böyükdür.
Eyni zamanda mədəniyyət
və turizm sahəsində çalışan
insanların bilik və bacarıqlarının
artırılması istiqamətində
işlər görülməlidir.
Tədbirdə
Masallı, Lənkəran,
Kürdəmir, Sabirabad,
Ağdaş, Şəki,
Xaçmaz, Sumqayıt
və Ağstafa
regional mədəniyyət və turizm idarələrinin saytları
təqdim olunub.
Nazirliyin Texniki təchizat
və proqram təminatı şöbəsinin
müdir müavini Qabil Abbasov regional idarələrin saytları
haqqında məlumat verib. Qeyd edib ki, saytlarda idarələrin əhatə etdiyi rayonların mədəniyyət
və turizmi haqqında dolğun məlumatlar əksini tapıb. Saytlarda sözügedən regionlarda yerləşən
tarixi abidələr, muzeylər, turizm marşrutları ilə bağlı informasiyalara geniş yer verilib.
Xatırladaq ki, bundan əvvəl nazirliyin daha yeddi regional idarəsinin saytı təqdim olunmuşdu. Beləliklə, 15 regional iradənin hamısının internet resursları istifadəyə verilib.
Nazir
bu istiqamətdə görülən
işlərin daha da
sürətləndirilməsi üçün
tapşırıq və tövsiyələrini diqqətə
çatdırıb.
Mədəniyyət.- 2017.- 20
dekabr.- S.4.