Azərbaycanlı dirijora
“Mədəniyyət əlaçısı” mükafatı
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti, professor Ağaverdi Paşayevə Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin “Mədəniyyət əlaçısı” döş nişanı təqdim edilib.
Təqdimetmə N.Tlendiyev adına “Otırar sazı” Akademik Folklor-Etnoqrafiya Orkestrinin Qazaxıstan ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş qala-konserti zamanı keçirilib.
“Otırar
sazı” orkestrinin Bakı konsertində
tamaşaçılar müasir və qədim
qazax milli musiqi alətlərinin rəngarəngliyi ilə
tanış olublar.
Mədəniyyət.- 2017.- 20
dekabr.- S.8.