Tanınmış jurnalistin xatirəsi yad edilib
Dekabrın 18-də “Azərbaycan” nəşriyyatında Azərbaycan
İdman Jurnalistləri
Assosiasiyasının təşkilatçılığı
ilə Əməkdar jurnalist Aqşin Kazımzadənin 80 illiyi münasibətilə anım
tədbiri keçirilib.
Tədbirdə Azərbaycan
İdman Jurnalistləri
Assosiasiyasının prezidenti
Eldar İsmayılov, qocaman jurnalist Məzahir Süleymanzadə,
futbol veteranı Çingiz İsmayılov
və digər çıxış edənlər
Azərbaycan mətbuatı
tarixində özünəməxsus
yeri olan A.Kazımzadənin fəaliyyətindən
danışıb və
onunla bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, A.Kazımzadə
jurnalist kimi ilk təcrübəsini 1956-cı ildə
Azərbaycan Sənaye
İnstitutunda təhsil
alarkən “Molodyoj Azerbaydjana” qəzetində
keçib. “Sovetski
sport”un Azərbaycan
üzrə bölgə
müxbiri işləyən
A.Kazımzadə sonralar
“Bakinski raboçi”, “Vışka” və Bakıda nəşr olunan digər rusdilli qəzetlərdə
müxtəlif vəzifələrdə
çalışıb. Jurnalist
karyerasının ən
çox və parlaq dövrünü
"İdman" qəzetində
keçirib, əmək
fəaliyyətinin 31 ili bu qəzetlə
bağlıdır.
Vurğulanıb ki, A.Kazımzadə gözəl qələmə,
iti zəkaya və möhkəm yaddaşa malik bir insan idi.
Onu idmanımızın canlı
ensiklopediyası da
adlandırırdılar.
Mədəniyyət.- 2017.- 20
dekabr.- S.10.