“Baş”
romanı struktur-funksional
təhlil müstəvisində
Xalq yazıçısı Elçinin
əsəri haqqında
monoqrafiyanın təqdimatı
Bakı Slavyan Universitetində
(BSU) ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru, professor Nizami Tağısoyun “Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində”
monoqrafiyasının təqdimat
mərasimi keçirildi.
Tanınmış
ədəbiyyatşünaslar və tənqidçilərin
iştirak etdiyi tədbiri giriş sözüylə BSU-nun Azərbaycan
ədəbiyyatı kafedrasının
müdiri, professor Rəhilə Qeybullayeva açdı.
BSU-nun Azərbaycan
filologiyası və jurnalistika fakültəsinin
dekanı, dosent Nuridə Novruzova, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məmməd
Əliyev, institutun şöbə müdiri,
professor Vüqar Əhməd,
filologiya elmləri doktoru, professor Abid Tahirli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorları
Himalay Qasımov, Təyyar Salamoğlu, Elman
Quliyev və Yaqub Babayev, BSU-nun Ədəbiyyat nəzəriyyəsi
və dünya ədəbiyyatı kafedrasının
müdiri, professor Naidə
Məmmədxanova, kafedra
müdiri, professor Rüstəm
Kamal və başqaları çıxış
edərək monoqrafiyada
Xalq yazıçısı
Elçinin “Baş” romanının çağdaş
ədəbi tənqidin
tələb etdiyi bütün yönlərdən
araşdırıldığını diqqətə çatdırdılar,
kitabı uğurlu tənqidi əsər olaraq dəyərləndirdilər.
Qeyd edək ki, kitabın
elmi redaktoru və ön sözün müəllifi
Nizami adına Ədəbiyyat İnstitutunun
direktor müavini, filologiya elmləri doktoru, professor Məmməd
Əliyev, rəyçilər
BSU-nun Rus ədəbiyyatı
tarixi kafedrasının
müdiri, filologiya elmləri doktoru, professor Məmməd Qocayev, Azərbaycan ədəbiyyatı
kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor Rəhilə
Qeybullayevadır.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 20
dekabr.- S.11.