Polşalı pianoçu Rostropoviçlərin ev-muzeyinin qonağı olub

 

   Polşanın Azərbaycandakı səfirliyinin dəvətinə əsasən diplomatik əlaqələrimizin qurulmasının 25-ci ildönümübu ölkənin Milli müstəqillik günü ilə əlaqədar tanınmış polşalı pianoçu Aqneşka-Pjemık-Brılan Bakıda səfərdə olub.

   Səfər çərçivəsində pianoçu LeopoldMstislav Rostropoviçlərin ev-muzeyini ziyarət edib.

   Direktor Şeyla Heydərova qonağa muzeyin yaranma tarixi, M.Rostropoviçin Bakı həyatı haqqında məlumat verib. Polşalı musiqiçi muzeyin 6 minə yaxın fond materialları içərisində unikal olan M.Rostropoviçin Şopen adına Varşava Konservatoriyasının doktor diplomuna layiq görülməsi haqqında sənəd, F.ŞopeninMazruka”, Leypsiq mətbəəsində V.A.Motsartın violonçelfortepiano üçün “Sonata”sının çap olunmuş notları, 1981-ci ilə aid F.Şopen və R.Şumanın əsərlərindən ibarət M.RostropoviçM.Argeriçin ifa etdiyi kompakt disklər, üzərində L.Rostropoviçin imzası olanŞopenin avtoqrafı” adlı çap olunmuş not yazısı və digər eksponatlarla maraqla tanış olub.

   Muzeydə Polşa ilə bağlı materialların zəngin olmasından təəccübünü gizlətməyən qonaq dahi musiqiçi Rostropoviçin həyat və yaradıcılığı ilə bağlı yeni və maraqlı faktlar öyrəndiyini bildirib.

   Sonra o, royal arxasına keçərək F.ŞopeninPolonez” əsərindən bir parça ifa edib.

   Qeyd edək ki, pianoçunun ölkəmizdə olduğu müddətdə Bəstəkarlar İttifaqında Şopenin əsərlərindən ibarət konserti baş tutub

 

Mədəniyyət.- 2017.- 20 dekabr.- S.13.