“İçərişəhər” qoruğunun fəaliyyətini əks etdirən
fotosərgi
İçərişəhərdəki Kiçik Qala küçəsində, Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında açıq havada “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 10 illik fəaliyyətini əks etdirən ekspozisiya nümayiş olunur.
İdarədən
verilən məlumata görə, dekabrın sonunadək davam edəcək ekspozisiyada
son 10 il ərzində
elmi tədqiqat və arxeologiya,
kütləvi tədbirlər, bərpa və abadlaşma
sahəsində görülmüş
işlər, həmçinin İçərişəhərdə
səfərdə olmuş rəsmi qonaqlar və tanınmış simalar, Marionet teatrı,
“İçərişəhər” Ənənəvi İncəsənət
Mərkəzi, Tahir Salahovun
ev-muzeyi və s.
haqqında maraqlı məlumatlar və fotolar
yer alıb.
Mədəniyyət.- 2017.- 22
dekabr.- S.4.