Lənkəran teatrında uşaqlar
üçün yeni tamaşa
Lənkəran Dövlət Dram Teatrında uşaqlar üçün hazırlanmış “Şaxta baba və pərilər” adlı yeni tamaşanın premyerası olub. Gənc rejissor Emil Əsgərovun müəllifi olduğu və quruluş verdiyi birhissəli musiqili nağıl-tamaşada Yeni ilin daxil olmasını intizarla gözləyən pərilərin başına gələn hadisələrdən söhbət açılır. Meşənin dərinliklərində yaşayan bədniyyətli qarılarla baş verən mübarizənin sonunda pərilər qalib gələrək Şaxta baba ilə Qar qızın səhnəyə gələrək tamaşaçılar qarşısına çıxmasına nail olurlar.
Tamaşanın səhnə tərtibatçısı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Əməkdar artist Zemfira Nəcəfova, artistlərdən Şahrud Mehdiyeva, Qızılgül Quliyeva, Emin Fərzullayev, Rauf Zeynalov, Şəbnəm Hüseynova, Günel Abbaszadə, Aysel Cahangirova və Ülkər Quliyeva ifa edirlər.
Yeni tamaşa məktəblilərin qış tətili günlərində oynanılacaq.
Mədəniyyət.- 2017.- 22
dekabr.- S.10.