Şimali Kiprin təmsilçisi
Musiqili Teatrda olub
Şimali Kipr Türk
Respublikasının Bakı
təmsilçisi xanım
Ufuk Turganer Azərbaycan Dövlət Musiqili Teatrında olub.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevlə görüşdə mədəni əməkdaşlığın genişləndirilməsi üçün yaradıcılıq mübadiləsinin əhəmiyyəti vurğulanıb, qastrolların təşkili məsələlərinə toxunulub.
Xanım Ufuk Turganer Ə.Lalayevə səmimi qəbula görə təşəkkür edərək deyib: "Teatrınızın əzəmətli görkəmi var. Elə ilk baxışdan hiss olunur ki, burada yaradılmış şərait və peşəkar yaradıcı münasibət çox yüksək səviyyədədir. Əminəm ki, Şimali Kipr və Azərbaycan qarşılıqlı mədəni əlaqələri xalqlarımızın yaxınlaşmasında və bu əlaqələrin inkişafında mühüm rol oynayacaq”.
Mədəniyyət.- 2017.- 27
dekabr.- S.4.