ATMU-da bayramlarla bağlı tədbir keçirilib

 

 

   Azərbaycan Turizm Menecment Universitetində (ATMU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il münasibətilə tədbir keçirilib.

   Təhsil ocağının rektoru İlham Mədətov diqqətə çatdırıb ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilib. Ali Məclisin Azərbaycan Respublikasının Ali Sovetinə müraciətindən sonra 25 dekabrda bu tarix ölkə parlamenti tərəfindən rəsmi dövlət bayramı kimi təsis edilib.

   Rektor bildirib ki, bu gün dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Azərbaycanın nailiyyətləri ilə fəxr edirlər. İlham Mədətov Azərbaycanın bütün dünyada sülh ölkəsi kimi tanındığını, mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini diqqətə çatdırıb.

   Tədbir universitet tələbələrinin hazırladıqları musiqili kompozisiya ilə davam edib.

  

   F.Hüseynov

 

Mədəniyyət.- 2017.- 27 dekabr.- S.6.