İSESCO üzrə Milli Komissiyanın ikinci iclası keçirildi

 

   “Azərbaycan təşkilatda daima öz mövqeyi ilə seçilən ölkələrdən biridir

  

   Dekabrın 22-də Bakı Biznes Mərkəzində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) üzrə Azərbaycan Respublikası Milli Komissiyasının ikinci iclası keçirildi. Tədbirdə İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri də iştirak edirdi.  

   İclası İSESCO üzrə Azərbaycan Milli Komissiyasının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq iclasın gündəliyində duran məsələlər barədə məlumatı diqqətə çatdırdı. Nazir İSESCO üzrə Milli Komissiyanın tərkibinin təsdiq edilməsi ilə bağlı ölkə rəhbərinin sərəncamının əhəmiyyətini vurğuladı. Bildirdi ki, sərəncam komissiya üzvlərinin üzərinə böyük məsuliyyət qoyur. Diqqətə çatdırıldı ki, 2015-ci il noyabrın 23-27-də Bakıda keçirilmiş İSESCO Baş Assambleyasının 12-ci baş konfransında Azərbaycan növbəti üç il müddətinə assambleyanın sədri seçilib.

   Görülən işlər haqqında məlumat verən nazir bildirdi ki, İSESCO üzrə Milli Komissiyanın saytı istifadəyə verilibbu il komissiyanın işi kifayət qədər zəngin olub: “Biz istər ölkə daxilində, istərsə də xaricdə keçirilən tədbirlərin təşkilində yüksək səviyyədə iştirak etmişik. Milli Komissiyanın ikinci iclası Bakıda mühüm tədbirin - “İslam həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoqmövzusunda beynəlxalq konfransın keçirildiyi vaxta təsadüf edir. Bizim üçün xoşdur ki, İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri də bu tədbirdə iştirak edir. Bakı 2009-cu ildə “İslam mədəniyyətinin paytaxtı” olub. 2018-ci il üçün Azərbaycanın qədim tarix-mədəniyyət mərkəzlərindən olan Naxçıvan şəhəri bu missiyanı yerinə yetirəcək. Bütün bunlar Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymət kimi təqdirəlayiqdir”.

   Əbülfəs Qarayev son dövrdə İSESCO ilə əməkdaşlıq sahəsində görülən işlərdən danışaraq diqqətə çatdırdı ki, təşkilatda Azərbaycan öz mövqeyi ilə seçilən üzvlər sırasındadır. Buna səbəb isə Azərbaycan hökumətinin, şəxsən Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İslam dünyası ilə əlaqələrinin güclənməsi istiqamətindəki fəaliyyəti nəticəsində ölkəmizin İslam dünyasına, mədəniyyətinə inteqrasiya proseslərinin çox fəal şəkildə həyata keçirilməsidir. Komissiya üzvləri bu işin davamına və münasibətlərin daha da yüksək səviyyədə qurulmasına öz töhfələrini əsirgəməməli, daha da geniş miqyasda fəaliyyət göstərməlidirlər”.

   Nazir İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə nəşr olunmuş “Şərqin əfsanəsi” kitabını təqdim etdi.

  

   Azərbaycan müasir müsəlman aləminin mirvarisidir

  

   Tədbirdə çıxış edən Əbdüləziz Osman əl-Tuveycri Azərbaycan-İSESCO əlaqələrindən danışdı. Bildirdi ki, təşkilatla Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədə inkişaf edib. Bu əlaqələr ümumi maraq doğuran bütün sahələri əhatə edir. Azərbaycan quruma üzvlüyü dövründə çox böyük inkişaf yolu keçib: “Prezident İlham Əliyev Mehriban xanım Əliyeva həmişə bizə böyük dəstək göstərib. Biz əlaqələrimizdən nümunəvi tərəfdaşlıqdan məmnunluq hissi duyuruq. Azərbaycanın elm, təhsil, mədəniyyət sahəsindəki irəliləyişləri üzv ölkələr üçün bir nümunədir. Mən Bakıya hər dəfə gələndə mühüm yeniliklərin şahidi oluram. Azərbaycan müasir müsəlman aləminin mirvarisidir. Azərbaycanın getdiyi yol sabitlik, inkişaf yoludur. Biz təşkilat olaraq çalışmalıyıq ki, digər müsəlman ölkələri Azərbaycanın getdiyi yoldan bəhrələnsinlər. Hazırda İslam dünyasına qarşı çağırışlar bütün dünyanı bürüməkdədir müsəlmanlar haqqında mənfi rəylər yaratmağa cəhdlər edilir. Biz bu çağırışlara qarşı səylərimizi birləşdirməliyik”.

   İclasda Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” kimi Naxçıvanda keçiriləcək tədbirlərdən danışdı və hazırlıq işləri ilə bağlı geniş məlumat verdi. Bildirdi ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Naxçıvanın 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə əlaqədar Təşkilat komitəsi yaradılıb.

   Qeyd olundu ki, Naxçıvanda 210 məscid və 26 dini ziyarətgah fəaliyyət göstərir. Müstəqillik illərində Naxçıvanda yeni məscidlər tikilib, bir sıra məscidlər və tarixi abidələr yenidən bərpa olunub. Reallaşan çoxsaylı layihələr nəticəsində Naxçıvanın müasir siması yaradılıb. Bu layihələr 2018-ci ildə İslam aləminə təqdim olunacaq, müsəlman dünyasının diqqətini Naxçıvana cəlb edəcək. Hazırlıq prosesinə 2017-ci ildə başlanılıb. Naxçıvanın "İslam mədəniyyətinin paytaxtı" olması ilə bağlı loqotip, poçt markaları, döş nişanları hazırlanıb, islam mədəniyyətinə aid abidələrdən Möminə Xatun türbəsi, Yusif Küseyiroğlu, Gülüstan türbələri və Qarabağlar türbə kompleksinin İSESCO-nun siyahısına daxil edilməsi üçün təşkilati işlər görülüb, sənədlər aidiyyəti üzrə təqdim olunub. Vurğulandı ki, gələn il Naxçıvan şəhərində keçiriləcək “İslam mədəniyyətinin paytaxtı Naxçıvan - 2018” tədbirləri mədəniyyətimizin zənginliyini və İslam dininin humanist fəlsəfəsini bir daha dünyaya sübut edəcək.

   Daha sonra komissiya üzvləri, akademik Vasim Məmmədəliyev, təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və başqaları çıxış edərək komissiyanın işi ilə bağlı məlumatları diqqətə çatdırdılar.

   İSESCO üzrə Milli Komissiyanın baş katibi, Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə komissiyanın saytı haqqında məlumat verdi və Naxçıvan şəhərinin 2018-ci il üçünİslam mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı tədbirlər planı və görüləcək işlər haqqında məruzə etdi.

   İclas Azərbaycan və İSESCO arasında əməkdaşlıq, Milli Komissiyanın işi, İSESCO Baş Assambleyasının funksiyaları və digər mövzular ətrafında müzakirələrlə yekunlaşdı.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 27 dekabr.- S.8.