“İslam
sivilizasiyası və incəsənətinin vəhdəti”
İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzində “İslam sivilizasiyası və incəsənətinin vəhdəti” adlı sərgi açılıb.
Sərgi Azərbaycan Rəssamlar İttifaqı, İran səfirliyinin Mədəniyyət mərkəzi, Fələstinin ölkəmizdəki səfirliyi və Türkiyə səfirliyinin Mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə reallaşıb.
Layihənin rəhbəri Elnurə İsgəndərovadır. Sərgidə 150 fırça ustasının 200-dək sənət əsəri nümayiş olunur. Təşkilatçısı rəssam Aygün İsgəndərova olan sərgi “İslam həmrəyliyi ili”nə həsr edilib.
Mədəniyyət.- 2017.- 27 dekabr.- S.10.