Kitabxanalardakı “Amerika guşələri”ndə silsilə tədbirlər keçirilib

 

 

   Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi ilə ABŞ-ın Azərbaycandakı səfirliyi arasında imzalanmış memoranduma əsasən Gəncə şəhər, Salyan, Kürdəmir və Xaçmaz rayon mərkəzi kitabxanalarında “Amerika guşələri” yaradılıb. Dekabr ayında “Amerika guşələri”ndə silsilə tədbirlər keçirilib.

   Salyan və Kürdəmir rayon mərkəzi kitabxanalarında “Texnologiya aylığı” çərçivəsində təşkil olunan tədbirlərdə ABŞ səfirliyi tərəfindən gətirilmiş avadanlıqlar - robotlar, elektron innovativ intellektual oyunlar və digər avadanlıqlar haqqında iştirakçılara məlumat verilib. Tədbir iştirakçıları texnologiyainnovasiyalar haqqında məlumat alıb, gətirilmiş avadanlıqlardan istifadə etməklə praktiki təcrübə keçiblər.

   Bundan başqa, Kürdəmir rayon Mərkəzi kitabxanasındakı “Amerika guşəsi”ndə amerikalı qadın astronavt Haydi Stefanişin-Payper ilə görüş keçirilib. Burada daha bir görüş ingilis dili üzrə tədris köməkçisi (English Teaching Assistant, ETA) Braden Alihsanın iştirakı ilə gerçəkləşib. QonaqABŞ-da bayramlarmövzusunda təqdimatda amerikalıların qış bayramları ilə bağlı adət-ənənələrindən, bayramların tarixindən söhbət açıb, uşaqları maraqlandıran sualları cavablandırıb.

   Gəncə şəhər Mərkəzi kitabxanasındakı “Amerika guşəsi”ndə müxtəlif mövzuları əhatə edən MOOC təcrübə kursu (təcrübə zamanı verilənlərin analizi və nəticə çıxarmağın yolları) təşkil edilib. Təcrübəni MOOC təlimi üzrə Pensilvaniya Universitetində sertifikat almış Həlimə Fətəliyeva aparıb. İki gün davam edən təlimdən sonra iştirakçılara sertifikatlar verilib.

   Xaçmaz rayon Mərkəzi kitabxanasında fəaliyyət göstərən “Amerika guşəsi”ndə ingilis dili üzrə tədris köməkçisi Ceyms Nadelin ABŞ-dakı bayramlar haqqında təqdimatı keçirilib.

   Amerika guşələri”ndə tədbirlər 2018-ci ildə davam etdiriləcək.

 

Mədəniyyət.- 2017.- 27 dekabr.- S.11.