Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert

 

   Dekabrın 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram konserti keçirildi.

   Konsertdə ilk dəfə olaraq Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında məşhur filmlərdən musiqilər səsləndirildi.

   Proqramda “Qayınana”, “Dədə Qorqudkimi milli filmlərimiz, həmçinin “Bir dəfə Amerikada”, “Zorro”, “Karib dənizinin quldurları”, “Şerlok HolmsDoktor Vatson”, “Taksi”, “Oyuncaqkimi xarici filmlərdən musiqilər yer almışdı. Tural Ağasıyev, Fəxri Kazım-Nicat, Lətifə Soyuöz , Tələt Hüseynov, eyni zamanda reper və rok ifaçılarının çıxışları maraqla qarşılandı. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri - əməkdar artistlər Viktoriya Şahmuradova, Elnur Süleymanov, həmçinin rəqqaslar Aydan Kamilova, Nigar Hüseynovaxor qrupunun ifasında rəngarəng musiqiləri bir-birini əvəz etdi.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 29 dekabr.- S.2.