Tarixi-mədəni irsi yaşadan məkanların yubileyləri

 

 

   2017-ci ildə tarixi-mədəni irsimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında önəmli rolu olan bir neçə mədəniyyət müəssisəsinin yubileyləri qeyd olundu.

   İyun ayında “QobustanMilli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 və UNESCO-nun Dünya irsi siyahısına daxil edilməsinin 10 illiyi qeyd olundu. Sahəsi 3 min 96 hektar olanQobustanqoruğu 1966-cı ildə yaradılıb. Hazırda Qobustan ərazisində 20 mağara və yaşayış yeri, tunc və sonrakı dövrlərə aid 40 kurqanda tədqiqat işləri aparılıb və öyrənilib. Nəticədə 1031 qaya üzərində çəkilmiş 6300-dən çox qayaüstü təsvir və 105 min ədəd arxeoloji material qoruğun fonduna daxil edilib. 2007-ci ildə Qobustanın qayaüstü təsvirləri, mədəni landşaftı ilə birlikdə UNESCO-nun Dünya irsi siyahısına daxil edilib.

   Sentyabr ayında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 50 illik yubileyi qeyd olundu. Yubiley tədbiri Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunmuşdu.

   * * *

   2017-ci il Azərbaycan Xalça Muzeyi üçün yubiley ili oldu. Muzeyin 50 yaşı qeyd edildi. Noyabr ayında keçirilən yubiley tədbirində dünyanın müxtəlif ölkələrindən xalçaçılar, xalq yaradıcılığı üzrə mütəxəssislər iştirak edirdi.

   Unudulmaz xalçaçı rəssam Lətif Kərimovun təşəbbüsü ilə yaradılan muzey bu gün milli irsin əhəmiyyətli hissəsi sayılan xalça sənətinin və unudulmaqda olan xalça texnologiyalarının qorunub saxlanıldığı zəngin xəzinədir. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə muzeyin əsası qoyulub. Bu gün mədəniyyət ocağı həmçinin elmi tədqiqat mərkəzi kimi fəaliyyət göstərir. Xalça Muzeyinin yeni binası isə unikal memarlıq üslubu ilə nəinki ölkəmizdə, eləcə də dünyada nadir tikililərdən hesab olunur.

   * * *

   Azərbaycanın çoxəsrlik zəngin keçmişə malik şəhərlərindən olan Şəkinin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun yaradılmasından da yarım əsr ötür. Qoruğun ərazisindəki zəngin mədəni irs yalnız xalqımıza deyil, həmçinin bəşəriyyətə məxsusdur. Onlarla sənətkarlıq sahəsinin toplu halında mövcud olduğu Şəkidə tarixi-mədəni irs bu gün də layiqincə yaşadılır. Dekabrın 26-da Şəki şəhərində “Yuxarı Başqoruğunun 50 illiyinə həsr olunan yubiley tədbiri keçirildi.

   * * *

   Dekabr ayında həmçinin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin 60 illiyinə həsr olunan tədbir keçirildi. Cənubi Qafqazda yeganə olan Elmi-Bərpa Mərkəzi artıq beynəlxalq bərpaçılıq məkanında yüksək professional vərdişlərin nümayişi ilə layiqli mövqe qazana bilib.

  

   L.Azəri

 

Mədəniyyət.- 2017.- 29 dekabr.- S.5.