TÜRKSOY-la Azərbaycan arasında əməkdaşlıq genişlənir

 

 

   2018-ci il də müxtəlif layihə və tədbirlərlə zəngin olacaq

  

   Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY qardaş xalqların ortaq mədəni irsinin dünyada tanıdılması, mədəniyyət və incəsənətin müxtəlif sahələrində əlaqələrin inkişaf etdirilməsi məqsədilə çeşidli layihələr həyata keçirir. Azərbaycan da təşkilatın fəal üzvü kimi bu layihələrdə yaxından iştirak edir. Başa çatan 2017-ci il bu baxımdan zəngin oldu, növbəti ildə də müxtəlif tədbir və layihələr nəzərdə tutulur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı ilə söhbətimizdə bu barədə danışdıq.   

   Həmsöhbətim bildirdi ki, TÜRKSOY ənənəvi olaraq qardaş xalqların görkəmli şəxsiyyətlərini xatirə ili ilə yad edir. 2017-ci il təşkilat tərəfindən Molla Pənah Vaqif ili elan edilmişdi. Dekabrın 5-də Qazaxıstanın Türküstan şəhərində (2017-ci il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı”) keçirilən TÜRKSOY Daimi Şurasının toplantısında Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə 2018-ci il TÜRKSOY-a üzv ölkələrdə “Qara Qarayev ilielan edilib. Həmçinin qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyiqazax şairi Mağjan Jumabayevin 125 illiyi 2018-ci ildə TÜRKSOY tərəfindən xatirə ili kimi qeyd ediləcək: “Ötən il TÜRKSOY ilə Türkiyənin Bolu Bələdiyyəsinin əməkdaşlığı çərçivəsində Bolunun Seben bölgəsində səkkiz evdən ibarət “Yaradıcılıq kəndi” açıldı. O evlərin hər birinə üzv ölkələrimizin məşhur bəstəkarlarının adlarını verdik. Azərbaycan üçün ayrılan evə bəstəkar Qara Qarayevin adı verildi. “Yaradıcılıq kəndi”nə türkdilli ölkələrdən bəstəkarlar gəldilər və iki həftə ərzində orada qalaraq yeni mahnılar bəstələdilər”.

   Qara Qarayev ili” ilə bağlı tədbirlər planı hazırlanır və türkdilli ölkələrin müvafiq qurumları ilə danışıqlar aparılır: “Bundan başqa, gələn il Bursada keçiriləcək beynəlxalq musiqi festivalına hazırlıq prosesindəyik. Musiqi proqramlarının birinin Qara Qarayevə həsr olunması təklifini irəli sürmüşük”.

   Həmsöhbətim onu da bildirdi ki, ötən il türkdilli ölkələrin qadın bəstəkarlarının festivalını keçiriblər. TÜRKSOY-un təşəbbüsü ilə türkdilli ölkələrdən qadın bəstəkarlar Türkiyəyə dəvət olunub və onların əsərlərindən ibarət Ankarada ilk dəfə konsert təqdim edilib. Layihə böyük marağa səbəb olub.

   2017-ci ildə Azərbaycanla bağlı əsas tədbirlər isə “Molla Pənah Vaqif ilinin uğurla keçirilməsi oldu. Elçin Qafarlı: “Mart ayında Ankarada açılışını etdiyimizVaqif ilinin tədbirləri Türkiyədə, Qazaxıstanda, Azərbaycanda və son olaraq bu günlərdə Şimali Kipr Türk Respublikasında keçirildi. TÜRKSOY-unVaqif ili”nə ən böyük hədiyyəsi, sözsüz ki, onun şeirlərinin tərcümə edilərək on iki dildə kitabın nəşri oldu. Kitabın Azərbaycandakı təqdimatını Milli Kitabxanada və 5-ci Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkasında keçirdik. Bu tədbirlərlə böyük şairimizin türk dünyasında daha çox tanınmasına nail olduq”.

   Qurumun Azərbaycanla sıx əməkdaşlığına misal olaraq bu ilin dekabr ayında Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) TÜRKSOY kafedrasının açılmasını da göstərmək olar. E.Qafarlı deyir ki, ali təhsil müəssisəsində türk ədəbiyyatının, tarixinin, mədəniyyətinin elmi tədqiqi və təbliği istiqamətində mühüm işlər görülür və TÜRKSOY kafedrasının açılması bu işlərin daha geniş vüsət almasına vəsilə olacaq: “Eyni zamanda ADPU ilə TÜRKSOY arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq protokolu da imzalanıb. Protokolda elmi-mədəni mübadiləni təmin etmək, türk mədəniyyəti ilə bağlı elmi araşdırmalar aparmaq, təhsil sahəsində ortaq layihələr hazırlamaq kimi məsələlər əksini tapıb”. Qeyd edək ki, TÜRKSOY-un üzv ölkələrin bir neçə təhsil ocağı ilə belə protokolları var. Azərbaycanda isə ilk olaraq ADPU ilə imzalanıb.

   İlboyu reallaşan əməkdaşlıq layihələrindən biriTÜRKSOY-un baş katibi Düsen Kaseinovun 70 illiyi ilə bağlı Azərbaycanda hazırlanan kitabdır.

   Azərbaycanda Atatürk Mərkəzinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə hazırladığı kitabElm və təhsil” nəşriyyatı tərəfindən yüksək poliqrafik keyfiyyətdə çap edilib. Aprel ayında Bakıda nəşrin təqdimat mərasimi keçirildi. Kitabda Azərbaycanın tanınmış elm, mədəniyyət xadimlərinin, dövlət rəsmilərinin TÜRKSOY-un baş katibinin yubileyi münasibətilə təbrik yazıları toplanıb. Nəşrin məsləhətçisi AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, tərtibçisi Dəyanət Osmanlı, redaktorları Elçin Qafarlı və Əkbər Qoşalıdır. Kitab Prezident İlham Əliyevin imzaladığı Düsen KaseinovunDostluqordeni ilə təltif edilməsi haqqında sərəncamla açılır.

   Həmsöhbətim bu il TÜRKSOY-un Azərbaycanda uşaqlarla bağlı reallaşdırdığı layihədən bəhs etdi: “F.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə TÜRKSOY-un birgə layihəsi olanTürk dünyasının nağıl bağı” adlı kitab nəşr olundudekabr ayında Azərbaycan Xalça Muzeyində mədəniyyət və turizm naziri Əbülfəs QarayevTÜRKSOY-un baş katibi D.Kaseinovun iştirakı ilə nəşrin təqdimatı keçirildi. Layihənin özəlliyi ondadır ki, kitabda 29 türk xalqının nağılları toplanıb və Azərbaycan və Türkiyə türkcələrində nəşr olunub. Nağıl kitabında Bakı məktəblilərinin nağıllara həsr etdiyi rəsmlərin yer alması və təqdimatda həmin əl işlərinin sərgisinin açılması xüsusi maraqla qarşılandı”.

   E.Qafarlı onu da bildirdi ki, il ərzində “Türk dünyasının mədəniyyət paytaxtı” Türküstanda keçirilən tədbirlərdə Azərbaycandan şairlər, rəssamlar, fotoqraflar, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər:Aktau şəhərində keçirdiyimiz 1-ci Beynəlxalq Xəzəryanı ölkələrin teatr festivalında Azərbaycanı Yuğ Teatrı təmsil etdi. Gələn il növbəti festivalın Xəzəryanı ölkələrin birində keçirilməsi nəzərdə tutulur. Ölkələrdən təkliflər gözləyirik”.

   Azərbaycan mədəniyyətini dünyada təbliğ etməklə yanaşı, türk mədəniyyətinin nümayəndələrini də ölkəmizdə tanıtdıqlarını deyən təmsilçi bu yaxınlarda Bakıda keçirilən tədbirlərdən bəhs etdi:Balkar şairi Qaysın Quliyevin 100 illiyi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasında tədbir keçirdik. Rusiya Federasiyası Kabardin-Balkar Respublikası Yazıçılar İttifaqının heyəti də bu tədbirdə iştirak etdi”.

   E.Qafarlı TÜRKSOY-un Azərbaycanla bağlı gələcək planlarına da toxundu: “Gələn il üçün hazırladığımız divar təqviminə Qara Qarayevin 100 illiyiAbbas Mirzə Şərifzadənin 125 illiyi ilə bağlı, masa təqviminə isə Tahir Salahovun 90 illiyi, Xalq yazıçısı Anarın 80 illiyi və görkəmli xanəndə Arif Babayevin 80 illiyi ilə əlaqədar məlumatlar daxil edilib”.

   Həmsöhbətim onu da əlavə etdi ki, gələn il TÜRKSOY-un 25 illiyi qeyd ediləcək. Bununla bağlı üzv ölkələrimizdə, o cümlədən Azərbaycanda silsilə tədbirlər keçiriləcək.

   Elçin Qafarlı söhbətimizin sonunda qəzetimiz vasitəsilə xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə təbrik etdi.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2017.- 29 dekabr.- S.7.