Dünya okeanlarının inciləri Xalça Muzeyində

 

 

   Dekabrın 27-də Xalça Muzeyində “Azərbaycanın ilk malakofauna muzeyiRinay”: Dünya okeanlarının inciləri” sərgisinin açılışı olub. Muzeyin yaradıcısı, geoloq-alim, professor Tofiq Karayevdir.

   Tədbiri Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova açaraq bildirib ki, sərgidə okeanların dibindən çıxarılan və bütün kontinentləri təmsil edən unikal bir malakofauna kolleksiyası təqdim olunur. Həm alimlər, həm də adi insanlar üçün çox böyük maraq doğuran kolleksiya 40 ildən çox vaxt ərzində toplanıb və Azərbaycanda “Rinay” adlı ilk şəxsi muzeydə saxlanılır. “Təsəvvür etmək çətindir ki, 3 minə yaxın eksponatı olan bu zəngin kolleksiya bir şəxs tərəfindən yığılır, tədqiq olunur və saxlanılır - bu da çox geniş biliklərə malik olan, son dərəcədə öz işini sevən və həyatının böyük bir hissəsini bu işə həsr edən Tofiq Karayev sayəsində həyata keçirilir”, - deyə Ş.Məlikova vurğulayıb.

   Qeyd edilib ki, Tofiq Karayevin hərtərəfli maraqları insanı heyran edir. Çünki o, müvəffəqiyyətli idmançı, alim və kolleksiyaçıdır: “Onun əzmi sayəsində “Rinaymuzeyini ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da tanıdılar. Dünyanın müxtəlif ölkələrində sərgilər keçirilir, onun topladığı kolleksiya mütəxəssislər tərəfindən son dərəcə yüksək qiymətləndirilir”.

   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Tofiq Karayevin yaratdığı muzeyin ölkəmizdə bu profilli yeganə muzey olduğunuöz orijinallığı ilə seçildiyini bildirib.

   Tofiq KarayevRinaymuzeyinin fəaliyyəti haqda söz açıb. O, sərginin təşkil olunmasına görə Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan Xalça Muzeyinə təşəkkür edib.

   Qeyd edilib ki, “Rinaymalakofauna muzeyi rəsmi olaraq 1986-cı ildən fəaliyyət göstərir. Bu, Azərbaycanda yaradılan ilk şəxsi muzeydir, profil üzrə dünyada analoqu olmayan muzey sayılır. Muzeydə Hind, Sakit, Atlantik okeanlarından və dünyanın beş qitəsindən 147 molyusk ailəsinə və onların yüzlərlə növünə aid olan 5 minə qədər inci toplanıb. Muzeyin unikallığı ondadır ki, burada müasir dəniz və okean molyusklarından başqa, kontinental malakofauna da mövcuddur.

   Sonra qonaqlar sərgi ilə tanış olublar.

   Qeyd edək ki, sərgi yanvarın 4-dək nümayiş olunacaq.

 

Mədəniyyət.- 2017.- 29 dekabr.- S.8.