Səhnədə keçən bir il...
İlin sonunda geriyə boylanıb bu il nələr oldu, nə ilə yadda qaldı suallarına cavab verməyin əsl məqamıdır. Düzdür, teatr aləminin öz təqvimi var və payızda başlanıb yayda yekunlaşan sənət mövsümü əslində iki təqvim ilinə təsadüf edir. Bununla belə, 2017-ci ildə ölkənin teatr mühitində olanlara bir nəzər yetirdik.
Ana teatrımızda...
Başa çatan il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında maraqlı premyeralarla yadda qaldı. C.Cabbarlının Almaz, Elçinin Cəhənnəm sakinləriğ və uşaqlar üçün C.Rodarinin Çipollinoğ tamaşalarının teatrın repertuarında möhkəmlənəcəyini cəsarətlə demək olar. Bu günlərdə teatr M.S.Ordubadinin Qılınc və qələmğ romanının motivləri əsasında hazırlanmış Qətibə İnancğ tamaşasını təqdim etdi. Ümidvarıq ki, bu səhnə əsəri də digər uğurlu tamaşaların taleyini təkrar edəcək.
Teatr avqust ayında rejissor Anar Babalının quruluş verdiyi İuda monotamaşası ilə Varna yayı-2017ğ beynəlxalq teatr festivalında təmsil olundu.
Opera və Balet Teatrı: ilin iki premyerası
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
bu il öz
pərəstişkarlarına iki premyera təqdim
etdi: ilin əvvəlində A.P.Borodinin
ĞQıpçaq rəqsləriğ
baletini, payızda isə C.Cahangirovun Xanəndənin
taleyi operasını. Hər iki tamaşa
daimi repertuarda davamlı yer tutmağa layiqdir. Maraqlıdır ki, musiqisinə və fabulasına görə bizə çox yaxın olan Qıpçaq
rəqsləri hələ indiyədək teatrın repertuarında olmamışdı,
Xanəndənin
taleyi kimi gözəl səhnə əsəri isə təxminən iyirmi beş il idi ki,
səhnəyə çıxmırdı.
Ötən illərdə olduğu kimi, teatr bu
il də yaradıcılıq mübadiləsinə
önəm verərək
sənətsevərləri müxtəlif ölkələrin
tanınmış vokalçı
və balet artistləri ilə yenidən görüşdürdü,
eləcə də Özbəkistandan Ramiz Usmanovu, Qazaxıstandan Aygül Niyazovanı dəvət etməklə
çağdaş Orta
Asiyanın vokal sənəti ilə tanışlıq imkanı
yaratdı.
Səni anlayan nə qədər çoxdursa...
Postsovet məkanında rus
dilinin hələ də ümumişlək dil olması Azərbaycan Dövlət Rus Dram Teatrının bu məkanda əlaqələrini genişləndirməsinə
mühüm zəmindir.
Bu il ərzində teatrın Rusiyadan dəvət edilmiş iki rejissor - Ərşad Ələkbərov və
Vladimir Smirnov E.İoneskunun Mərasim
və N.Nekrasovun Peterburqlu sələmçi
əsərlərini
tamaşaya qoydular. Birinci tamaşada Xalq artisti Fəxrəddin
Manafov tam fərqli cəhətdən sevənlərinə
təqdim olundusa, teatrsevərlər Peterburqlu
sələmçiğnin vasitəsilə
aktyor Yuri Omelçenkonu
yenidən kəşf
etdilər.
Oktyabrın sonunda isə teatrın kollektivi Mirzə Fətəlinin Müsyö
Jordan və dərviş
Məstəli şah və Pyotr Qladilinin Afina axşamları pyeslərinin tamaşaları
ilə Rusiyanın
Smolensk, Pskov, Velikiye Luki şəhərlərində
çıxış etdi.
Musiqili teatr: avazınız ucalsın!
Azərbaycan Dövlət Musiqili Teatrı da 2017-ci ili maraqlı
tamaşa və yubiley tədbirləri ilə başa vurur. Teatr ilin
əvvəlində İranda
ənənəvi 35-ci ĞFəcrğ
festivalında Üzeyir
bəyin
Ər
və arvad komediyası ilə iştirak etdi. Novruz bayramı günlərində
isə teatrın səhnəsində İran
aktyorlarının iştirakı
ilə Bəxtəvər tamaşası
təqdim edildi. İyunda kollektiv Ər və arvad tamaşası ilə İranda Azərbaycan mədəniyyəti
günlərinin iştirakçısı
oldu. Bunun ardınca isə tanınmış iranlı
dirijor-bəstəkar Berdiya
Kiyares teatrın repertuarındakı Arşın
mal alan və O olmasın, bu olsun tamaşalarına dirijorluq
edərək seyrçilərdə
fərqli təəssürat
yaratdı. Gələn ilin yanvarında
teatrın direktoru, Əməkdar incəsənət
xadimi Əliqismət Lalayev 36-cı Fəcr festivalında münsif qismində iştirak edəcək.
Festival və səfər rekordçusu
Çağdaş teatr məkanımızda
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrının kollektivi
qədər festival və
qastrola çıxan kollektiv yoxdur. Əməkdar artist Şövqü
Hüseynovun oynadığı
iki əsər - N.V.Qoqolun ĞDəlinin qeydləriğ və P.Züskindin ĞKontrabasğ
monotamaşalarının sorağı
bu il
də yaxın-uzaq xaricdən gəldi.
Teatrın bu il repertuara
daxil etdiyi Cəza
monotamaşası
da uğur cığırına qədəm
qoyub. L.Nürenin ĞMən
gəldim, qızlar tamaşası Qazaxıstanda festivalda iştirak etdi.
Qarşılıqlı
qastrol səfərlərinə
dair müqaviləyə
əsasən GTT-nin ĞDəcəl keçiğ
uşaq tamaşası
Tbilisi, Vladiqafqaz və
Qroznı şəhərlərində
oynanıldı, Tıq-tıq xanımğ isə Elistanın (Kalmıkiya) balaca teatrsevərlərinin
qonağı oldu.
Teatr bu il bir neçə yeni tamaşanı təqdim etdi. Aprel döyüşləri
(2016) şəhidlərinin xatirəsinə həsr olunmuş ĞYarımçıq
qalmış...ğ (müəlliflər:
E.Abramov, L.Bəyim) və ĞQulliver cırtdanlar ölkəsindəğ
(C.Sviftin eyniadlı romanı əsasında) tamaşaları ilin yaxşı səhnə əsərləri sırasındadır.
İlk festivalın qaliblərindən
biri... Yuğ
Təzə ili yaradıcılıq
estetikasındakı dəyişikliklə
qarşılayan Yuğ
Dövlət Teatrı
avqustda TÜRKSOY-un və
Qazaxıstanın Magistau
valiliyinin birgə təşkilatçılığı ilə keçirilmiş
ĞI Xəzər Sahili
Ölkələrinin Beynəlxalq
Teatr Festivalığnda
ölkəmizi təmsil
etdi. V.Klimenkonun ĞMedeya. Sekvensiya 001ğ tamaşası Bakıya mükafatla döndü.
Orijinal əsər seçimləri və səhnə yozumları ilə seçilən teatr bu il həm də yazıçı-esseist
Təranə Vahidin
ilk səhnə təcrübəsi
olan ĞQuş diliğ əsərini səhnələşdirdi.
Kukla teatrı deyib keçməyin...
Azərbaycan Dövlət Kukla Teatrının repertuarındakı
ĞAğ və qarağ, ĞZəngğ
tamaşaları da bu il festivallarda iştirak marafonunu davam etdirdi. Teatrın nəzdindəki ĞOyuqğ
studiyası da beynəlxalq məkanda yenə uğur qazandı, respublikada keçirilən sosial-mədəni
aksiyalarda, bayram tədbirlərində fəal
iştirak etdi. Teatrın
85-ci mövsümünü uğurla başa vuran kollektiv yenə teatrsevərlərin
ilk sənət məkanı
kimi onları davamlı olaraq yeni tamaşa və proqramlarla sevindirməkdədir.
Bölgələrdə nə var, nə yox?
Teatrdan söz düşəndə
bölgə kəlməsi
bir az
qəribə görünür,
sənət ocaqları
arasında ayrı-seçkilik
təəssüratı yaradır.
Lakin, əsl teatr adamları demişkən, əyalət
teatrı ifadəsi yoxdur: yalnız teatr var!
Bununla belə, paytaxtdan
kənardakı teatrlarımız
daha çox coğrafi ərazi prinsipi ilə çalışırlar. Məsələn, Gəncədəki dram teatrı ilə kukla teatrı əsasən Gəncəbasar
əhlinə mədəni
xidmət göstərir,
Şəki teatrı ətraf rayonlarda da çıxış edir, mingəçevirlilər
həm də aran Qarabağ zonasında tamaşalar oynayırlar. Sumqayıt Bakıya
digər şəhərlərdən
daha yaxın olduğundan aradabir paytaxtda çıxış
edir. Elə bu il teatrın
öz repertuarına daxil etdiyi İ.Məlikzadənin
ĞSubaylarınızdan görəsiniz!ğ komediyası əsasında hazırladığı
ĞToy olsun!ğ tamaşası da Bakıda müvəffəqiyyətlə
oynanıldı. Yeri gəlmişkən,
yeni tamaşaya qoyulmuş T.Özakmanın
ĞOcaqğ pyesini də təkcə paytaxtda deyil, beynəlxalq səviyyəli
səhnələrdə də
göstərməyə dəyər.
2017-ci ildə Mingəçevir teatrı Türkiyədə,
Lənkəran teatrı
isə İranda tamaşa oynadılar.
Azərbaycan teatr mühitindən
ayırmaq istəmədiyimiz
Dərbənd teatrı
da ilk dəfə Orenburqda qastrol tamaşası göstərdi.
Peşəkarlar,
diqqətli olun, gələn var!
Bu ilin baharı Azərbaycan teatr aləmi üçün daha bir hadisə ilə əlamətdar oldu. İyun ayının əvvəlində Bakıda II Respublika Xalq Teatrları Festivalının final mərhələsi keçirildi. Münsiflər heyəti üzvlərinin də, Milli Dram Teatrında keçirilən final mərhələsinə çıxmış tamaşaları seyr edən digər teatr peşəkarlarının da qənaətinə görə, bu gün xalq teatrlarında oynayan xeyli həvəskar aktyor var ki, onların yeri elə peşəkar səhnədir. Bölgə turlarından üzü bəri hamının bəyəndiyi kollektiv - Xaçmaz Xalq teatrı festivalın I mükafatına layiq görüldü.
Gələnlər də az olmadı...
Bu il ölkəmizdə keçirilən müxtəlif mədəni tədbirlər çərçivəsində qonaqlarımız da oldu. Apreldə Qazaxıstanın Qızıl Orda vilayəti günlərində N.Bekejanov adına Dövlət Musiqili Teatrı M.F.Axundzadənin ĞMüsyö Jordan və dərviş Məstəli şahğ komediyası əsasında hazırladığı ĞGetməyəcəksən! Dedim, qurtardı, getməyəcəksən...ğ tamaşasını Bakıda göstərdi. Sankt-Peterburq şəhəri nümayəndə heyəti isə Bakıya rəsmi işçi səfərinə şəhərdəki gənc ĞArtğ Musiqili Dram Teatrının ĞPeterburq mənzilləriğ və ĞƏlvida, konfransyeğ tamaşalarını gətirmişdi.
Noyabr ayında Ş.Rustaveli adına Tbilisi Dövlət Dram Teatrının Bakıya qastrolu nəinki diqqətdən yayınmadı, üstəlik, iki gün ərzində dünya şöhrətli rejissor Robert Sturuanın quluşunda ĞMariya Kallas. Dərsğ tamaşası böyük maraqla izlənildi.
Arkadi Raykin adına ĞSatirikonğ teatrının dekabrın 22-23-dəki Bakı qastrolu isə böyük rus teatr və bədii qiraət ənənəsini sevənlər üçün əsl Yeni il hədiyyəsi oldu. Bir neçə saat Konstantin Raykini dinləmək, tam fərqli yozumda məhşur ĞZorən təbibğə baxmaq əsl sənət zövqü bəxş etdi.
* * *
Beləcə, oxucumuz olan əziz teatrsevərlər! 2017-ci il hər sahədə olduğu kimi, milli teatr məkanında da öz izini qoydu. Qarşıdan gələn ilin də sənətçilər və seyrçilər üçün sevincli olmasını arzulayırıq!
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2017.- 29
dekabr.- S.10.