Sərhədləri aşan musiqi

 

 

   Musiqi hissin uğultusudur, deyirlər. Onu insanların universal dili adlandırırlar. Musiqi həm sirli bir xəzinədir. Elə bir xəzinə ki bitib-tükənməz, gah xoş əhval yaradar, gah kədərləndirər, ya da riqqətə gətirər.

   Yola saldığımız ildə ölkəmizin musiqi həyatında hansı hadisələr yaşandı, kimi yeniliklər baş verdi?

  

   Yubileylər...

  

   2017-ci ildə dövlət başçısının sərəncamları ilə görkəmli bəstəkarlar, xalq artistləri Tofiq Quliyev Cövdət Hacıyevin 100, Emin Sabitoğlunun 80, dünya şöhrətli müğənnilər, SSRİ xalq artistləri Şövkət Məmmədovanın 120, Müslüm Maqomayevin 75, Mstislav Rostropoviçin 90 illik yubileyləri qeyd olundu.

   C.Hacıyevin yubileyi ilə bağlı tədbirlər il ərzində bir sıra xarici ölkələrdə keçirildi. Rusiyanın Tver vilayətinin Vışniy Voloçek şəhərində M.Maqomayevin yubileyi münasibətilə musiqiçinin adına verilmiş küçənin sənətkarın barelyefinin açılışı oldu.

   Bu il həmçinin dövlət başçısının sərəncamı ilə Azərbaycan professional vokal ifaçılığının banisi, SSRİ Xalq artisti Bülbülün anadan olmasının 120 illiyi ölkəmizin təhsil mədəniyyət ocaqlarında silsilə tədbirlərlə qeyd edildi.

   Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illiyi münasibətilə təşkil edilən mərasim ilin yaddaqalan tədbirlərindən idi.

   Prezident İlham Əliyevin sərəncamları ilə xalq artistləri, maestro Rauf Abdullayev görkəmli pianoçu Fərhad Bədəlbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görəİstiqlalordeni ilə təltif olunmaları ölkə rəhbərliyinin mədəniyyət sahəsinə göstərdiyi diqqət qayğının bariz nümunəsidir. R.Abdullayevin 80, F.Bədəlbəylinin 70 illik yubileyləri münasibətilə böyük konsert proqramı musiqisevərlərə gözəl ərməğan oldu.

  

   Festivallar, müsabiqələr

  

   23-27 aprel tarixində Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı Rusiya, Avstriya Almaniyadan tanınmış musiqiçiləri, kollektivləri bir araya gətirdi.

   Tanınmış müğənni, bəstəkar Emin Ağalarov, məşhur rusiyalı media meneceri, prodüser Sergey Kojevnikov Rusiyanın Əməkdar artisti, müğənni Qriqori Lepsin müştərək layihəsi olan beynəlxalq “JARA” musiqi festivalı 27-30 iyul tarixində yenidən estrada həvəskarlarını Xəzər sahilinə topladı. Festival bu dəfə bir-birindən maraqlı konsert proqramları ilə əsl musiqi bayramı ovqatı yaşatdı.

   Şəkiİpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı da ilin yaddaşlara yazılan mədəniyyət tədbirlərindən oldu. Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran Gürcüstandan rəqs musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak etdilər.

   Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə 29 iyul - 3 avqust tarixlərində IX Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirildi. Builki festivalın konsertləri Qəbələ ilə yanaşı, Şəki İsmayıllı şəhərlərində təşkil olundu. Festivalın iştirakçıları arasında respublikanın tanınmış musiqiçiləri Murad Adıgözəlzadə, Azər Rzazadə, İsfar Sarabski, eləcə xarici ölkələrdən Janna Qandelman (İsrail), Mixael Sladkin (ABŞ), Dmitri Yablonski (ABŞ), Canluicci Sartori (İtaliya), Mojca Zlobko Vaygl (Sloveniya), Nomeda Kazlaus (Litva) digərləri yer almışdı. Festival çərçivəsində tamaşaçılar açıq havada konsert proqramlarında klassik musiqilərin qəlbləri riqqətə gətirən sədası ilə Azərbaycanın əsrarəngiz təbiətindən zövq aldılar.

   Heydər Əliyev Fondu Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 26-dək keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı ənənəsinə sadiq qalaraq Azərbaycan musiqiçiləri ilə yanaşı, Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, Fransa, Bolqarıstan, Ukrayna İrandan tanınmış musiqiçiləri bir araya gətirdi. Hər il olduğu kimi, bu dəfə festival çərçivəsində konsertlər, konfranslar, ustad dərsləri təşkil edildi.

   Oktyabr ayında gerçəkləşən növbəti Beynəlxalq Caz Festivalı isə paytaxtımızda əsl caz havası yaratdı. Festival bu dəfə dünyanın məşhur ifaçılarını Bakıya topladı zəngin proqramı ilə zövqləri oxşadı.

   * * *

   Bu il ilk dəfə olaraq dahi bəstəkar Qara Qarayev musiqisi orqan alətinin cazibəsində təqdim edildi. Qara Qarayev sənətinin vurğunları ümumbəşəri milli ənənələri bir araya gətirən bəstəkarın əsərlərini ilk dəfə olaraq orqan aləti üçün işlənmiş variantda dinləmək imkanı qazandılar. Layihənin ideya müəllifi tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberq idi.

   Ölkəmizin musiqi mühitində səbirsizliklə gözlənilən musiqi hadisələrindən biri də, təbii ki, muğam müsabiqəsi layihəsidir. Bu il martın 14-də altıncı “Muğam televiziya müsabiqəsi”nə start verildi. 20 iddiaçı müsabiqəyə vəsiqə qazandı. Xatırladaq ki, müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilir.

   Bu il mütəfəkkir şair Nəsiminin (1369-1417) vəfatının 600 illiyinə həsr edilən tədbirlər silsiləsindən 7-9 aprel tarixində Niderlandın paytaxtı Amsterdamda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin premyerası keçirildi.

   Avqustun 25-dən 30-dək Özbəkistanın Səmərqənd şəhərində keçirilən ənənəvi “Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalında ölkəmizi təmsil edən istedadlı tarzən, beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Sahib Paşazadə və Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov müsabiqənin “Qran-pri” mükafatına layiq görüldülər.

  

   Mədəni irsimizin növbəti təntənəsi

  

   Yola saldığımız 2017-ci ilin ən yaddaqalan hadisəsi isə, sözsüz ki, Koreya Respublikasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan və İranın birgə təqdim etdiyiKamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” nominasiyasının təşkilatın Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi oldu. Nominasiya sənədi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin İran tərəfi ilə birgə əməkdaşlığı şəraitində təqdim edilib. Kamançanın bu təşkilatın siyahısında yer alması milli musiqi sənətimizin beynəlxalq aləmdə təbliğinə mühüm töhfə olmaqla yanaşı, muğam sənətimizin bütöv şəkildə dünyaya inteqrasiyası deməkdir.

   Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə ötən illərdə Azərbaycan muğam ifaçılığı, aşıq sənəti, tar ifaçılığı sənəti bir sıra mədəni irs nümunələrimiz kimi UNESCO-nun müvafiq siyahısında təmsil olunur.

  

   Lalə Azəri  

 

Mədəniyyət.- 2017.- 29 dekabr.- S.11.