“Zaman
və uşaq musiqisinin müasirliyi”
Elmi-praktik konfrans keçirilib
Dekabrın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında
“Zaman və uşaq musiqisinin müasirliyi” mövzusunda elmi-praktik konfrans keçirilib.
İttifaqın sədri, Xalq
artisti, professor Firəngiz
Əlizadə çıxış
edərək uşaq musiqisinin aktual problemlərinə toxunaraq,
bu istiqamətdə atılan addımların uşaqlarda musiqi zövqünün formalaşmasına
müsbət təsir
edəcəyini diqqətə
çatdırıb. Qeyd edib
ki, görülən işlər uşaqların
estetik tərbiyəsinə,
yaradıcılıq baxımından
professional musiqiçi kimi
yetişmələrinə yardımçı
olacaq. Buna görə də uşaq musiqisi əsərlərinin yaranmasına,
təbliğinə xüsusi
diqqət ayrılmalıdır.
Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva “Uşaq musiqisinin aktual problemləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi görkəmli bəstəkarlarımızın yaradıcılığında kifayət qədər populyarlıq qazanmış uşaq musiqisi əsərlərinin olduğunu vurğulayaraq bunun hazırda bir sıra bəstəkarlarımız tərəfindən davam etdirildiyini deyib.
Daha sonra “Bəstəkar Mehriban Əhmədovanın yaradıcılığında uşaq mövzusu”, “Musiqi təhsilinin problemləri” mövzularında məruzələr dinlənilib.
Konfrans uşaq xorunun təşkil etdiyi konsert proqramı ilə davam edib.
Mədəniyyət.- 2017.- 29
dekabr.- S.11.