Folklorun sosial aspektləri:
kommunikasiya və
virtual ənənə
Dekabrın 28-də
AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı
ilə “Folklorun sosial aspektləri: kommunikasiya və virtual ənənə” mövzusunda
respublika elmi konfransı keçirilib.
Tədbirdə
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli bildirib ki, xalqımızın
milli mənəvi dəyərləri, dövlətçilik
təfəkkürü və
etnik özünəməxsusluğunu
bütöv mədəni
sistem səviyyəsində
təcəssüm etdirən
folklorun müasir nəzəri-metodoloji prinsiplər
əsasında araşdırılması
xüsusi əhəmiyyət
daşıyır.
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov diqqətə çatdırıb ki, folklorşünaslığın nəzəri-metodoloji problemlərinin yeni elmi paradiqmalar şəklində araşdırılması rəhbərlik etdiyi qurumun mühüm elmi istiqamətlərindəndir. Bildirilib ki, folklor kimi mürəkkəb mədəniyyət fenomeninin ümumnəzəri izahı ilə bağlı sovet dövründə formalaşmış elmi stereotiplər hazırda folklorun sosial-mədəni mahiyyətinin öyrənilməsi üçün yetərli deyil.
Konfransda “Kommunikasiya folklorun funksional strukturunun sosial şərti kimi”, “Texnokulturoloji mühitdə folklor: virtual ənənə və kommunikasiya”, “Edip kompleksinin məna yaradıcı gücü: psixoloji konfliktdən sosial-mədəni normalara” və “Şifahi ünsiyyət prosesində folklorun semantikası” mövzularında məruzələr dinlənilib.
Mədəniyyət.- 2017.- 29
dekabr.- S.13.