GUAM-Yaponiya əməkdaşlığında turizmin inkişafına dair seminar

 

 

   Yanvarın 29-da Tokioda GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində turizmin inkişafı ilə əlaqədar seminar başlayıb. Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı mətbuat məlumatında bildirilir ki, fevralın 4-dək davam edəcək tədbirdə GUAM-ın baş katibi Altay Əfəndiyev, turizm sektorunun inkişafı ilə əlaqədar hökumət qurumlarının özəl sektorun nümayəndələri, qurumun katibliyinin əməkdaşları iştirak edir.

   Seminar çərçivəsində yapon şirkətləri üçün GUAM üzvü olan ölkələrin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) turizm potensialına aid təqdimatlar keçiriləcək, bu sahədə təcrübə mübadiləsi aparılacaq. Seminar iştirakçıları Tokioda sahə ilə əlaqəli təşkilatlara da baş çəkəcəklər.

 

Mədəniyyət.- 2017.- 1 fevral.- S.2.