Gənc Tamaşaçılar
Teatrı Rusiyadan rejissor dəvət edib
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında
C.Rodarinin “Çippolino”
əsəri əsasında
eyniadlı tamaşa hazırlanacaq. Teatrın rəhbərliyi
tamaşaya quruluş vermək üçün
Rusiyanın Rostov şəhərindəki
“Maksimum” teatrının
bədii rəhbəri,
Rostov İncəsənət Məktəbinin rejissorluq kafedrasının müdiri
Yelena İvanovanı Bakıya
dəvət edib.
Rusiyalı rejissorla görüşən
direktor Mübariz Həmidov teatrın fəaliyyəti, beynəlxalq
əlaqələri haqqında
məlumat verib. Y.İvanova hazırlanacaq tamaşanın yaradıcı
və texniki heyəti, səhnə eskizləri ilə tanış olub.
Məlumat üçün bildirək ki, hazırda teatrda daha 4 yeni tamaşanın
məşq prosesi gedir. Yaxın günlərdə
hazırlanan tamaşalardan ikisinin
premyerasının keçirilməsi nəzərdə tutulub.
Mədəniyyət.- 2017.- 1
fevral.- S.3.