“Alov” rəqs qrupu “Kəpəz kuboku”nda birincilik qazanıb
Qara Qarayev
adına Mərkəzi İncəsənət Məktəbi
yanvarın 28-də Gəncə şəhərində Azərbaycan
Gənclər İttifaqının və Azərbaycan Rəqs
Assosiasiyasının birgə layihəsi olan
“Kəpəz kuboku” müsabiqəsində
uğurla təmsil olunub.
Məktəbin müəllimi Emil Pənahovun
rəhbərliyi altında fəaliyyət göstərən “Alov” rəqs qrupu
müsabiqədə dörd nominasiya üzrə birincilik
əldə edib. Azərbaycan və
müxtəlif xalqların rəqslərini böyük
məharətlə nümayiş etdirən
şagirdlər münsiflər heyətinin rəğbətini
qazanaraq məktəbin aktivinə daha bir uğur
imzası yazıblar.
Mədəniyyət.- 2017.- 1
fevral.- S.3.