Mətbuat Şurasında veteran
jurnalistlərin yubileyləri
qeyd edilib
Yanvarın 31-də Azərbaycan Mətbuat Şurasının
Ahıl Jurnalistlər
Məclisinin təşkilatçılığı
ilə tanınmış
veteran jurnalistlər Eldost
Bayramın 70, Tofiq Yusifovun 60 illik yubileylərinə həsr
olunmuş tədbir keçirildi.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək
rəhbərlik etdiyi qurumun fəaliyyətindən
danışdı. Bildirdi ki,
Mətbuat Şurasının
mühüm fəaliyyət
istiqamətlərindən biri
ömrünü Azərbaycan
jurnalistikasına həsr
etmiş insanların yubileylərinin keçirilməsi,
onlarla bağlı əlamətdar günlərin
yada salınmasıdır.
Şuranın Ahıl Jurnalistlər
Məclisi də məhz bu məqsədlə
yaradılıb. Məclisin ötən
müddətdə gördüyü
işlərin rəğbətlə
qarşılandığını vurğulayan Əflatun Amaşov qeyd etdi ki, bu
qəbil tədbirlər
jurnalistika peşəsinə
dəyər verən şəxslərin əməyinin
qiymətləndirilməsi baxımından
zəruridir.
MŞ-nin Ahıl Jurnalistlər
Məclisinin sədr müavini Məzahir Süleymanzadə Eldost Bayramın və Tofiq Yusifovun jurnalistika sahəsində fəaliyyətindən geniş
söz açdı, onları peşələrinə
sadiq insanlar kimi xarakterizə etdi.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin
dekanı, İctimai Televiziya və Radio Yayımları Şirkəti
Yayım Şurasının
sədri Cahangir Məmmədli, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, tanınmış diktor, Xalq artisti Əli
Məmmədov, veteran jurnalistlər
- İntiqam Mehdizadə,
Bəbir Hüseynov, Şəddat Cəfərov
və başqaları
hər iki yubilyarın ömür yolundan bəhs edərək xatirələrini
bölüşdülər.
Sonda Əflatun Amaşov
tanınmış diktor,
Xalq artisti Eldost Bayrama və Tofiq Yusifova
Azərbaycan Mətbuat
Şurasının diplomunu
təqdim etdi. Hər iki yubilyara MŞ-nin Ahıl Jurnalistlər
Məclisinin xatirə
hədiyyələri təqdim
edildi.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 1
fevral.- S.4.