Mədəniyyət müəssisələrinin
fəaliyyəti müzakirə olunub
Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə rayon Mədəniyyət mərkəzində seminar-müşavirə keçirilib.
Tədbirdə regional idarənin, rayon Mədəniyyət mərkəzi filiallarının və rayon MKS-nin əməkdaşları iştirak edib.
Seminar-müşavirədə
çıxış edən Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Əhməd Ramazanov ötən il
görülən işlərdən və 2017-ci ildə həyata
keçiriləcək tədbirlərdən
danışıb. Mədəniyyət müəssisələrinin
fəaliyyəti və mövcud vəziyyəti
müzakirə edilib. Sabirabad
Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi mədəniyyət müəssisələrində
təşkil olunacaq tədbirlər
haqqında fikir mübadiləsi
aparılıb.
Mədəniyyət.- 2017.- 1
fevral.- S.6.